Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı “Vahid elektron lövhə” yaradılıb
ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı “Vahid elektron lövhə” yaradılıb

ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılması tapşırılıb.

"Report" xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov sərəncam İmzalayıb.

Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti ilə hazırlanıb.

Belə ki, qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu.

Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” vasitəsilə elektron formada həyata keçirələcəyini nəzərə alaraq, qərarda bununla bağlı müddəalar nəzərdə tutulub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »