Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
TƏBİB: "Meymunçiçəyi koronavirusla müqayisə ediləcək xəstəlik deyil"
TƏBİB: "Meymunçiçəyi koronavirusla müqayisə ediləcək xəstəlik deyil"

“Bu gün endemik olmayan bölgələrdə ev heyvanlarından meymunçiçəyinə yoluxma təhlükəsi yoxdur”.

APA xəbər verir ki, bunu TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.

O bildirib ki, bu gün ev heyvanlarından yoluxma halı qeydə alınmayıb və bunun olma faizi çox azdır: “Endemik bölgə anlayışı artıq azalıb. Avropa ölkələrində də bu virus aşkar olunub. Azərbaycan qapalı ölkə deyil, xaricə səfərlər edənlər olur, bizim ölkəyə də turistlər daxil olur. Bu zaman ilkin əlamətlərdən bu virus aşkarlana bilər. Yüksək qızdırma, boyun baş əzələ ağrıları və s. əlamətlər ola bilər. Xarakterik əlamət isə ondan ibarətdir ki, qızdırma başlayandan 3 gün ərzində dəridə səpkilər yaranır. Bu, koronavirus infeksiyası ilə müqayisə ediləcək xəstəlik deyil. Bu xəstəliyin çox spesifik əlamətləri var. Koronavirusu asimptomatik keçirənlər də olurdu”.

Şöbə müdiri deyib ki, meymunçiçəyi virusu ilə COVID-19-un oxşar cəhətləri hər ikisinin infeksion xəstəlik olmasıdır: “Fərqli cəhətləri isə çoxdur. Koronavirus RNT tərkibli və daha çox mutasiya olan virusdur. Meymunçiçəyi isə DNT tərkiblidir və bunlarda mutasiya olunması faizi çox aşağıdır. Məhz buna görədir ki, onlara qarşı peyvənd tapılması asandır. Bu xəstəliyi sadəcə bir dəfə keçirə bilərik. RNT tərkibli viruslara isə dəfələrlə yoluxa bilirik. Biz qripə hər il yoluxa bilirik. Bəzən insanlar arasında istənilən halda təşviş yaranır ki, meymunçiçəyi pandemiya halı ala bilərmi? Meymunçiçəyi virusu koronavirus qədər yüksək yoluxduruculuğa malik deyil. Bu xəstəliyin əlamətləri çox spesifikdir. Koronavirusun isə belə əlamətləri yoxdur. Meymunçiçəyində səpkilərlə yanaşı, limfa düyünlərinin şişməsi baş verir”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »