Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumları nə qədərdir?..
Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumları nə qədərdir?..

Bir neçə gün öncə Nazirlər Kabineti “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib. Bu qərarın ləğvi cəmiyyət arasında birmənalı qarşılanmayıb. Daha doğrusu qərarı başa düşməkdə çətinlik çəkən şəxslər mobil cihazlara görə, dövlət rüsumunun ümumiyyətlə ləğv edildiyini düşünüb. Bu barədə sosial şəbəkələrdə də müzakirələr aparılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv etməsi ilə bağlı məlumat verib. Bildirilib ki, “Dövlət rüsumu haqqında” qanuna 12 iyun 2018-ci il tarixli dəyişikliklə fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması dövlət rüsumu tutulan hal kimi müəyyən edilməklə, dövlət rüsumunun məbləğlərinin təsdiq edilməsi müvafiq icra hakimiyyəti orqanına (Nazirlər Kabineti) həvalə edilmişdi. Buna uyğun olaraq, mobil cihazların qeydiyyata alınması üçün dövlət rüsumu məbləğləri Nazirlər Kabinetinin 2018-ci ildəki 336 nömrəli qərarı ilə tənzimlənirdi. “Dövlət rüsumu haqqında” qanuna 3 dekabr 2021-ci il tarixli dəyişikliklə isə mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərinin müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən təsdiq edilməsinə dair müddəa ləğv edilərək mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri sözügedən Qanunun özündə əksini tapıb. Bu səbbədən də müvafiq qərar ləğv edilib. Yəni vətəndaşlar yenə həmin rüsumu ödəyəcək, vətəndaş üçün dəyişən heç nə yoxdur.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, məsələ qanunla tənzimləndiyi üçün Nazirlər Kabineti əvvəllər bu sahəni tənzimləyən qərarı ləğv edib. Qısası, rüsum ləğv edilməyib.

Xatırladaq ki, 2018-ci il 31 iyul qərarına görə,

- bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 20 manat

Yuxarıda nəzərdə tutulan cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri:

  • bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat
  • bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat
  • bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 60 manat
  • bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat
  • bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 100 manat;
  • bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat dövlət rüsumu müəyyənləşir.

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün 20 manat dövlət rüsumu alınır. Bu isə o deməkdir ki, əgər yuxarıda qeyd edilən qiymətlərə teelfon alsanız, onun üçün qeyd edilən məbləğdə rüsum ödəyəcəksiniz. Bu rüsumun lğv edilməsi mümkün deyil.

Qeyd edək ki, buradakı keçiddən istifadə etməklə, mobil cihazların istehsalçı şirkətini seçərək, model üzrə axtarış etməklə cihazın qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini öyrənmək mümkündür.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »