Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk dünyasının turizm paytaxtı Şamaxının görməli yerləri
Türk dünyasının turizm paytaxtı Şamaxının görməli yerləri

Şamaxı şəhəri 2023-cü il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib. Bu barədə qərar 24 mayda Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.

Biz də Türk Dünyasının Turizm paytaxtına sizinlə bir nəzər salaq dedik və Şamaxnın gəzməli, görməli yerlərinin siyahısını hazırladıq. Öncə onu deyək ki, Şamaxı dəniz səviyyəsindən 749 m hündürlükdə yerləşir. Şəhər bir tərəfdən Pirsaat çayı, digər tərəfdən Pirdireyi və Qız qalası dağları ilə əhatə olunub. Gözəl təbiəti var Şamaxnın. Axan çayları, meşələri, ziyarətgahları, tarixi abidələri ilə yanaşı özünə məxsus bir sirri var sanki. Deyilənə görə, Şamaxıda çox sayda övliya yaaşdığı üçün buranı müqəddəs şəhər də adlandırmaq olar.

Tarixi mənbələrə görə, Şamaxı adı əvvəllər orada yaşamış icmanın Şamake icmasının adı ilə bağlıdır.

Şamaxı rayonu, Nağaraxana kəndi, Bam gölü Şamaxı rayonu, Nağaraxana kəndi, Bam gölü

“Şamaxı Astrofizika Rəsədxanası”, Şamaxının Pirqulu kəndində yerləşir. Yəni turistlər üçün maraqlı yerlədən biri də də elə bu rəsədxanadır Oradan müxtəlif cihazlar vasitəsilə ilə aya, ulduzlara, planetlərə baxmaq mümkündür.

Rəsədxana 1959-cu ildə yaradılıb. Onu da deyək ki rəsədxana dünya əhəmiyyətlidir. Çuxuryurd kəndində öz gözəlliyi ilə turistlərin diqqətini çəkir.

Bir neçə il bundan əvvəl Şamaxıda “Safari park” yaradıldı. Burada çox sayda müxtəlif heyvanlar yaşayır. Yəni Şamaxıya gəldiyin zaman əvvəllcə ağlına rəsədxana gəlirsə, sonra mütləq Safari Parkı ziyarət etmək istəyirsən.

Şamaxını əsrarəngiz edən abidələrdən biri də Kələxana türbələridir. Türbələr Kələxana kəndi ərazisində yerləşir. Düz asfalt yoldan keçib, nahamar yola düşürsən və bir qədər getdikdən sonra qarşında maraqlı, sehirli bir mənzərə açılır. Müxtəlif ölçülərdə olan türbələr göz oxşayır. Deyilənə görə, bu kənddə əvvəllər 7 övliya yaşayıb. Bu türbələr də onların xatirəsinə tikilib. Bəzi türbələrdə qədim dövrlərə aid məzarlar var. Hazırda bu türbələr baxımsız vəziyyətdədir. Ancaq ətrafı təmizlənsə, turistlərin diqqətini bu türbələr də çəkə bilər.

Digər diqqət çəkən abidələrdən biri də Göylər kəndində yerləşən Pir Mərdəkan Xanəgahıdır. Türbə, XIII-XV əsrlərdə tiklib. Deyilənə görə bu türbədə müqəddəs övliyalardan olan Seyid Mərdəkani dəfn edilib.

Bundan başqa Şamaxıda Alman lüteran kilsəsi, Müqəddəs Şəhid Stepannos monastırı da tursitlərin diqqətini çəkə bilər.

Ümumiyyətlə Şamaxı o qədər qədim tarixə malikdir ki, məzarlıqlara belə baş çəkəndə orada tarixin dərinliklərindən gələn izləri görmək mümkündür.

Digər maraqlı bir tarixi abidə isə, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın məzarıdır. Şamaxıya gələn turistlər ora da baş çəkməmiş uzaqlaşmır. Burada Narın Qala, Gülüstan və Buğurd qalalarının qalıqları hələ də var.

Şamaxıya gələn turistlər, öz büdcəsinə uyğun müxtəlif hotellərdə gecələyə bilər. Çünki Şamaxını fəth etmək üçün 1-2 gün yetərli deyil. Ən azı bir həftə burada olmaq lazımdır ki, sehrə düşə biləsən. Eyni zamanda Şamaxı, şərabçılığı ilə də tanınır.

Yolunuz Azərbaycana düşsə, mütləq Şamaxıya baş çəkin...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »