Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Kişinin ayağını yuyub suyunu içmək fikrini necə müdafiə edirlər?"
"Kişinin ayağını yuyub suyunu içmək fikrini necə müdafiə edirlər?"

Bir neçə gün öncə TV kanalların birində aparıcılardan birinin “Qadının kişinin ayağını yuyar da, lazım olsa suyunu da içər” fikri cəmiyyət arasında birməanlı qarşılanmadı. Aparıcı xanım, bu fikriləri ailələlərin dağılmaması üçün istifadə etsə də, özünün də boşanmış olması, istər-istəməz insanların “əgər belədirsə, niyə özün boşanmısan” sualı ilə onu qarşı-qarşıya qoydu.

Düzdür, aparıcı bu sualdan yayındı. Amma onun fikirləri Azərbaycan cəmiyyətində qadının aşağılanması kimi dəyərləndirildi. Özü boşanmış olan bir qadının digər qadınları bu qədər aşağılamasını heç kişilər də qəbul etmədi. Sosial şəbəkə istifadəçiləri bu fikirləri uzun müddət müzakirə etdi.

  • Bəs kişi qadın münasibətləri necə olmalıdır?
  • Hansı təfəkkürlə “kişinin ayağını yuyub, suyunu da içmək” fikirləri söylənə bilər?

Psixoloq Nura Cəfərzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kişi qadın münasibətlərində bir-birinə həsr olunmaq olmalıdır, amma bu həddi aşanda ,öz həyat və məqsədlərini unudub həyatının mərkəzinə digərini qoyanda və bütün gözləntiləri özünə deyil, qarşı tərəfə yönəldəndə zamanla aydın olur ki, bu gözləntilər qarşılanmayacaq.

Nura Cəfərzadə Nura Cəfərzadə

“Nəticədə isə insanın daxilində qurban psixologiyası yaranır. İnsan başlayır özü ilə danışmağa. Mən bunları etdim, ancaq qarşı tərəfdən bir qarşılıq olmadı. Axı, bizdən bütün bunları tələb edən olmamışdı. Biz özümüz fədakarlıq etdik və qarşı tərəfi bunda günahlandırmağa dəyməz. Əgər bir münasibət səni qane etmirsə, sadəcə uzaqlaşmaq lazımdır. Heç kimin iradəsinə təsir edə bilmərik ki, sən məni sevməlisən, çünki mən sənə fədakarlıq göstərmişəm” - deyə psixoloq bildirib. Onun sözlərinə görə, ilk növbədə insan davranışlarının fərqində olmalıdır. Məsuliyyət nə olursa olsun, təkcə qarşı tərəfə yükləyib onu günlandırmaq heç kimə heç nə qazandırmır. Belə vəziyyətlərdə sadəcə uzaqlaşmaq lazımdır. Unutmamaq lazımdır ki, zərərin harasından olsa dönmək xeyirdir.

Psixoloq bildirir ki, bəzi qadınların fikrincə, ailəni qorumaq yalnız qadının işidir. Qadın nə qədər fədakar olsa, ailə o qədər möhkəm olar: “Təsəvvür edin ki, bu fikirləri televiziya proqramlarında da, təbliğ edirlər. Özünü həsr etməklə qurban etmək arasındakı balansı qorumaq lazımdır. “Kişinin ayağını yuyub suyunu içmək də olar” fikrini hansı əsaslara görə, müdafiə edirlər?

Cəmiyyətimizdə xoşbəxt aikə modeli o zaman özünü doğruldar ki, kişilər məsuliyyət götürməyi bacararlar. Təəssüf olsun ki, kişinin ailədəki məsuliyyəti yalnız maddiyyatla əlaqələndirilir. Ailədə qalan hər şey qadının məsuliyyətində olur. Bu vəziyyətdə düşünün, kimin ayağının suyunu içmək olar?”

Nura Cəfərzadə məsələyə ancaq tərəfsiz olaraq yanaşsa da, qeyd edir ki, “Kişiyə hər şey olar” tabusu qadınların ailədə mövqeyini anlaya bilməməsinə, özünü dəyərsiz hiss etməsinə səbəb olur.

İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İslam dinində qadınlara kişilərlə nisbətdə daha çox önəm verilir: “Qadınlara diqqət göstərilməsi və nəvaziş edilməsi daha öndə yer alır. Quran ayələrinə diqqət etsək görərik ki, Allah qadınlar barəsində qadının izzətinin və iffətinin qorunması üçün geniş söhbət açaraq, naməhrəm kişilərdən amanda qalmasını təmin edir. Ən gözəli də budur ki, Allah qadına analıq bəxş edərək, müqəddəslik əta edir. Yəni analıq haqqına sahib olur. Analıq haqqıyla yanaşı ailə məsuliyyətini öhdəliyinə buraxaraq, necə bir mərhəmətə və əzəmətə malik olduğunu bildirir”.

İlahiyyatçı qeyd edir ki, cəmiyyətin formalaşmasında qadın böyük rol oynayır. Belə ki, bir ailənin toxumu və ev əhlinin səadəti qadının nizam intizamından yaranır.

“Kişilərin qadınlardan üstünlüyü, yalnız itaəti vacib olduğu üçündür. Qadının vəzifəsi, ailə başçısına (ata və ya əri) itaət edərək cəmiyyətdə nüfuzunun qorunmasını təmin etməsidir” - deyə İbrahim Məmmədov bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »