Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ plan hazırlayır: Rusiya qazın nəqlini tam dayandırarsa...
Aİ plan hazırlayır: Rusiya qazın nəqlini tam dayandırarsa...

Avropa İttifaqı Rusiyanın bu il qazın nəqlini tam dayandıracağı hal üçün fəaliyyət planı hazırlayır. Çünki İttitaqda “istənilən dövlət növbəti ola bilər”, - deyə güman edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson "Financial Times"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ indi mümkün qədər çox qaz tədarük etməkə çalışır və bu il Rusiyandan alınan mavi yanacağın üçdə ikisini əvəz edə biləcək ehtiyyat toplamağın vacib olduğu bildirilir. O qeyd edib ki, bunun üçün daha çox iş görülməli olacaq. Simson əlazə edib ki, Rusiyanın birdən-birə qaz nəqli tamamilə dayandırılması yanacağa ehtiyacı kəskin artırmış olacaq.

Avropa Komissiyası tərəfindən hazırlanan plan sənayenin qaz təchizatını məhdudlaşdırılacağı hal üçün tədbirləri ehtiva edir və hazırlanan planda ev təsərrüfatında istifadə olunan qaz nəzərdə tutulmur.

Artıq Rusiyadan alınan qazının pulunu rublla ödəməkdən imtina etdiyi üçün işğalçı dövlət Polşa, Bolqarıstan və Finlandiyaya qaz nəqlini dayandırib.

"Biz istənilən an hər hansı bir üzv dövlətin növbəti ola biləcəyi bir vəziyyətlə qarşılaşa bilərik. İndiyə qədər biz bu üç üzv dövlətin təchizatını, əsasən, qonşuların həmrəyliyi sayəsində təmin edə bilmişik. Bu il, tam kəsilmə baş verəcəyi təqdirdə vəziyyətdən çıxmaq üçün fövqəladə hallar planları hazırlayırıq", - deyə Simson qeyd edib.

Qeyd edək ki, Aİ-nin qaz istehlakının 27%-i sənayenin payına düşür, ən böyük istehlakçılar kimya sənayesi, keramika, qida məhsulları və şüşə istehsalı sahələridir. Komissiya qida tədarük zəncirinə, təhlükəsizlik və sağlamlıq məhsullarına diqqət yetirəcəyini söyləyib.

Bu il Aİ mayeləşdirilmiş təbii qazın rekord tədarükünü əldə edir ki, bu da yeraltı anbarların doldurulmasına başlamağa imkan verir. Bu bir il əvvəlki 36% saxlanılan qaz ehtiyatına qarşı mayın 25-nə olan məlumata görə artıq anbarlarda 44% ehtiyat tədarük edildiyini göstərir. Avropa komissarının sözlərinə görə, ölkələr LNG emal imkanlarını sürətlə artırırlar.

Tam miqyaslı işğaldan əvvəl Aİ-yə qaz ehtiyacının 40%-i Rusiyanın mavi yanacağı hesabına ödənilirdi. İndi bu göstərici Aİ-nin məlumatına görə 26%-ə qədər azalıb və ilin sonuna hədəf 13% olması nəzərdə tutulur.

O vaxta qədər üzv ölkələr ildə 19 milyard kubmetr qaz nəql etmək üçün LNG terminallarını açacaq və ya genişləndirəcəklər. Brüssel ABŞ və Norveçdən daha çox qaz gözləyir. Bundan əlavə yeni təchizatçılarla danışıqlar aparır.

Martın sonunda Rusiya prezidenti Vladimir Putin Rusiya qazının haqqının rublla ödənilməsi barədə sərəncam imzalayıb. Aİ rəhbərliyi bu tələbə əməl etməyəcəyini açıqlayıb.

Aprelin 27-də "Bloomberg" Rusiyanın qaz inhisarçısı “Qazprom”a yaxın mənbəyə istinadən xəbər verib ki, dörd avropalı qaz alıcısı Putinin tələb etdiyi kimi mavi yanacağa görə artıq rublla ödəniş edib. Həmçinin, artıq 10 Avropa şirkəti “Qazprombank”da Rusiyanın ödəniş tələblərini yerinə yetirmək üçün zəruri hesablar açıb. Lakin "Bloomberg" Avropa şirkətləri və ölkələri haqqında məlumat verməyib.

Bloomberg xəbər verib ki, may ayının 12-nə olan məlumata görə, daha on avropalı qaz alıcısı "Qazprombank"da hesab açıb. Rusiya prezidenti Vladimir Putinin tələb etdiyi kimi, Rusiya qazı üçün rublla ödəniş etmək istəyən müştərilərin ümumi sayını iki dəfə artırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »