Rusiya-Ukrayna müharibəsi fonunda qaçqın düşmüş ukraynalılara müxtəlif ölkələrdən iş təklifləri gəlir.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, bir müddət əvvəl İEFP Portuqaliya şirkətləri Portuqaliyaya gələcək qaçqınlar üçün mövcud iş imkanlarını nümayiş etdirə biləcəyi platforma yaradıb. Portuqaliyanın əmək naziri Ana Mendes Qodinho bildirib ki, platforma açıldığı zaman 2000 iş yeri olduğu halda artıq orada 15000 dən çox iş yeri var. Bu iş yerləri əsasən informasiya texnologiyaları, nəqliyyat (sürücülər), iaşə və qonaqpərvərlik, sosial və mülki tikinti” sektorlarındadır. Həmçinin bildirilir ki, bu iş yerləri ölkənin müxtəlif ərazilərindədir.
Eyni zamanda qeyd edilib ki, Portuqaliyaya gələn Ukrayna vətəndaşlarının dili ana dili kimi öyrənə bilməsi üçün Portuqal dili kursları açılacaq.Həmçinin hökümət Portuqaliyaya bu vətəndaşların avtomatik girişinə imkan verən mexanizmin yaradılması, eləcə də ölkəyə gələn ukraynalı qaçqınların avtomatik olaraq vergi, sosial təminat və istifadəçi identifikatoru üçün nömrə alması proqramı üçün “yaşıl işıq” yandırıb.
Digər bir ölkə Finlandiya da Ukraynalı qaçqınlar üçün iş yerləri yaratmağa çalışır. “İş üzərindən Təhlükəsizlik” layihəsinin məqsədi ukraynalılar və digər qaçqınlar üçün yeni iş yerləri yaratmaqdır.
Qeyd edək ki, StaffPoint Finlandiyanın ən böyük kadr şirkətlərindən biridir. Şirkətin məlumatında qeyd edilir ki, “Əməyin mühafizəsi” layihəsində 60-dan çox tərəfdaş şirkət var. Məqsəd 200-dən 400-dək ukraynalı və digər sığınacaq axtaranları bu tərəfdaş şirkətlərdə müxtəlif vəzifələrdə işə götürməkdir: “Təcrübəmizlə kömək etmək istəyirik. Biz yaxşı şirkətləri uyğun namizədlərlə birləşdirərək yeni iş imkanları yaratmaq istəyirik”.
Həmçinin bildirilir ki, bu layihədə Finlandiyanın hər yerində çoxlu müxtəlif vakansiyalar var. Bunun üçün Ukraynalı qaçqınlar paltformadan qeydiyyatdan keçməli, orada profilini yaratmalı, Finlandiya telefon nömrəsini əlavə edərək əlaqə məlumatlarını doldurmalıdır. İş üçün müraciət edəcək şəxslərdən, iş təcrübəsi və bacarıqları haqqında məlumat da istənilir.
İlahin, Bizimyol.info