Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Xorvatiya səfirliyinin beş əməkdaşını arzuolunmaz elan edib
Rusiya Xorvatiya səfirliyinin beş əməkdaşını arzuolunmaz elan edib

Moskva Zaqrebin atdığı qeyri-dost addımlara cavab olaraq Xorvatiya səfirliyinin beş əməkdaşını persona non qrata elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

“Rusiya diplomatik missiyasının sayını azaltmaq üçün Zaqrebin əvvəllər atdığı qeyri-dost addımlara cavab olaraq Xorvatiya səfiri Tomislav Çara Xorvatiyanın Moskvadakı səfirliyinin beş əməkdaşının persona non-qrata elan edilməsi ilə bağlı nota təqdim edilib”, - deyə nazirlik bildirib.

Rusiya Xarici İşlər Nazirliyində: “Xorvatiya diplomatik missiyasının rəhbəri Xorvatiya hakimiyyətinin Ukraynadakı hərbi cinayətlərdə Rusiyanı ittiham etməyə əsassız cəhdləri və Xorvatiya tərəfinin neonasist Kiyev rejiminə hərbi yardım göstərməsi ilə bağlı kəskin etirazını bildirib”, - deyə nazirliyin yaydığı bəyanatda bildirilir.

Aprelin 11-də Xorvatiya Xarici İşlər Nazirliyi Rusiyanın Zaqrebdəki səfirliyinin ümumi sayının azaldılması qərarı barədə məlumat verib, bununla bağlı Rusiya diplomatik missiyasının 24 əməkdaşına ölkəni tərk etmək əmri verilib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rusiyalı diplomatların ölkədən çıxarılmasını “anti-Rusiya hərəkəti” adlandırıb və əlavə edib ki, onun nəticələrinə görə məsuliyyət “tamamilə Xorvatiya tərəfinin üzərinə düşür”.

Qadir, Bizimyol.info

P.S: Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisinə qoşun yeritmək barədə qərar qəbul edəndən sonra dünya ictimaiyyəti bunu müstəqil dövlətin ərazisinin işal edilməsi kimi qəbul etdi. Əksər ölkələr Rusiyaya qarşı tətbiq olunan sankisyalara qoşuldu və bir çox ölkələr etiraz əlaməti olaraq ərazilərində olan Rusiya səfirliklərinin əməkdaşlarını persona-non-qrata elan etdilər. Rusiya da buna adekvat cavab verməkdə davam edir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »