Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"6 saniyəyə nə edə biləcəyimizi sizə göstərə bilərik"
"6 saniyəyə nə edə biləcəyimizi sizə göstərə bilərik"

Rusiya ilə Ukrayna arasında davam edən müharibə 93 gündür ki, davam edir. Bir neçə günə ölkəni tamamilə ələ keçirəcəyini düşünən Vladimir Putin proses irəlilədikcə Ukrayna ilə bağlı planlarını dəyişməli olub. Müharibə başlayandan bəri Rusiya və Putinin ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramzan Kadırov xeyli dərəcədə gülünc vəziyyətə düşüb. Amma buna baxmayaraq, Kadırov başından yuxarı tullanmağa davam edir. Bu dəfə Avropanı hədələmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Putinin müharibədə ən böyük dəstəkçisi olan Çeçenistan lideri Ramazan Kadırov işğal zamanı Ukraynaya verdiyi dəstəyə görə Polşanı hədələyib.

"Biz sizə altı saniyə ərzində nə edə biləcəyimizi göstərəcəyik. Ukrayna məsələsi bitəndə sizə nə edə biləcəyimizi göstərə bilərik”,- deyə açıqlama verib.

Qeyd edək ki, Varşava administrasiyası Rusiya qüvvələrinin üç aylıq işğalı zamanı Ukrayna lideri Zelenskinin ən güclü müttəfiqlərindən biri olub. Polşa qərbə qaçan minlərlə ukraynalı qaçqın üçün qapı rolunu oynayıb və Avropa Parlamentində Rusiyaya qarşı çıxıb, Rusiyaya qaz və neft idxalına qadağa qoyulması tələbi ilə çıxış edib. Lakin Polşa indi Ukraynaya hücumuna haqq qazandırmağa çalışan Rusiyanın təbliğat kampaniyasının hədəfindədir.

Özünü Putinin “piyadası” adlandıran 45 yaşlı Ramzan Kadırov bu yaxınlarda yayımladığı videomüraciətdə “Ukrayna bitmiş sövdələşmədir. Mənim maraq dairəm indi Polşadır. Polşa nəyə nail olmağa çalışır? Ukrayna bitəndə, sifariş olarsa, 6 saniyəyə nə edə biləcəyimizi sizə göstərə bilərik”,- sözlərindən istifadə edib.

Xatırladaq ki, Putinin ən sadiq köməkçilərindən biri olan Kadırov tez-tez sosial şəbəkələrdə, xüsusən də İnstaqramda Qərbə qarşı tənqidlərini cəsarətli bəyanatlarla bölüşürdü. Kadırov son yazısında bu ayın əvvəlində Varşavada baş vermiş aksiyaya görə üzr istəməsini tələb edib. Xatırladaq ki, 1945-ci ildə Müttəfiqlərin qələbəsinin ildönümündə ukraynalı fəal Polşanın paytaxtında sovet hərbi qəbiristanlığına gül qoymağa çalışan Rusiya səfiri Sergey Andreyevin üzərinə qırmızı boya atıb.

Kadırov fəallara və Polşaya xəbərdarlıq edib: "Silahlarınızı və muzdlularınızı götürüb səfirimizdən rəsmi şəkildə üzr istəsəniz, yaxşı olar".

Bildilir ki, Kadırovun əsgərləri Ukraynada hərbi cinayətlər törətməkdə günahlandırılır. Xarici media yazır ki, Çeçen qüvvələrinin Mariupolun mühasirəsində rol oynayıb və Kiyevətrafı qəsəbələrdə dinc sakinləri öldürən işğalçı qüvvələr arasında olub. Çeçenistan lideri Ramzan Kadırov ABŞ və Avropa İttifaqı tərəfindən dəfələrlə insan haqlarını pozmaqda ittiham edilib və həmişə bunu təkzib edib.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Moskva Rusiyanın cənubunda, əsasən müsəlmanların yaşadığı Çeçenistanda xalq hərəkatı ilə müharibəyə girib. Lakin o vaxtdan bəri ərazini yenidən qurmaq üçün buraya böyük məbləğdə pul xərcləyib və Kadırova böyük muxtariyyət verib.

Qeyd edək ki, Kadırov Kreml rəhbərinə sədaqətinə görə “Putinin heç vaxt olmayan oğlu” adlandırılır.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »