Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənubda Rusiyanın itkiləri artır, Ukrayna nəzarəti saxlayır - Britaniya kəşfiyyatı
Cənubda Rusiyanın itkiləri artır, Ukrayna nəzarəti saxlayır - Britaniya kəşfiyyatı

Rusiya Severodonetski ələ keçirməyə çalışır, lakin Ukrayna ordusu nəzarəti özündə saxlayır.

Ukraynanın cənubundakı vəziyyətə gəldikdə isə, görünür ki, Rusiyanın cənub qoşun qruplaşması, hələ də Ukraynanın cənub ərazisini işğal etmək vəzifəsi qarşısındadır.

Bizimyol.info xəbər portalı xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

Kəşfiyyat icmalında qeyd edilir ki, Rusiya Federasiyasının quru qoşunları Severodonetsk və Lisiçanski mühasirəyə almaq səylərini hələ də davam etdirir. Belə ki, bu günlərdə Popasnanın cənub-qərbində bir neçə kəndi ələ keçirib. Amma bütün cəhdlərə baxmayaraq, Ukrayna qüvvələri nəzarəti saxlamaqda davam edir.

Həmçinin bildirilib ki, Rusiya Ukraynanın müdafiə etdiyi bir neçə sektora nəzarəti saxlamasına və Rusiyanı Donbas üzərində tam nəzarətdən məhrum etməsinə baxmayaraq, Severodonetskə təzyiq göstərir.

Ukraynanın cənubundakı vəziyyətə gəldikdə, Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın cənub qoşun qruplaşmasının hələ də Ukraynanın cənubunu işğal etməyə çalışır. Qeyd olunur ki, son günlər Rusiya istehsalı hələ 50 il bundan əvvəl dayandırılmış T-62 tanklarını dərin anbardan Cənub Qrupunun məsuliyyət zonasına daxil edib. T-62-lər şübhəsiz ki, tank əleyhinə silahlara qarşı xüsusilə həssas olacaq. Bu tankların döyüş meydanında olması Rusiyanın müasir döyüşə hazır texnikasının olmamasını sübut edir.

Xatırladaq ki, ötən gün Britaniya kəşfiyyatı bildirib ki, Rusiyanın Ukraynadakı hava-desant qoşunlarından lazımi şəkildə istifadə etmədiyi üçün qüvvələrin bir çox elit bölmələri əhəmiyyətli itkilərə məruz qalıb.

Ukrayna tərəfinin məlumatına görə, 3 aylıq müharibə dövründə Rusiya təxminən 20 min nəfər şəxsi heyət və 200-dən artıq təyyarə və helikopter itirib. Rusiya ordusunun müasir silahlanma cəhətdən geri qalması və personalın qeyri-peşəkarlığı itkilərin artmasına səbəb olur.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »