Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana böhtan atan Türkiyə deputatından NATO açıqlaması
Azərbaycana böhtan atan Türkiyə deputatından NATO açıqlaması

Türkiyəni hədəf alan terror təşkilatlarına qucaq açan Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı 16 gündür açıqlama verməyən CHP, bu ölkələrin Türkiyədən üzvlük vizasını almaq üçün Ankaraya nümayəndə heyətlərini göndərməsindən sonra susqunluğunu pozub. Terrordan ən çox zərər çəkən ölkə olaraq Türkiyənin bu mövzuda tələblərinə məhəl qoymayan CHP hər iki ölkənin üzvlüyünə viza verəcəyini bildirib.

CHP İstanbul millət vəkili Ünal Çeviköz Finlandiya mətbuatına açıqlamasında Finlandiyanın terror təşkilatı PKK/YPG-yə verdiyi dəstək səbəbiylə prezident Tayyib Ərdoğanın NATO üzvlüyünə qarşı çıxmasını “taktiki səhv” olaraq qiymətləndirib: “CHP Finlandiyanın NATO-ya dəstəyini davam etdirir ”.

"Atatürk Finlandiyanı da sevirdi" deyən Çeviköz CHP-nin Finlandiyanın NATO üzvlüyünə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Finlandiyanın Türkiyənin AB üzvlüyünü dəstəklədiyini unutmaması lazım olduğunu dilə gətirən Çeviköz, "Finlandiya NATO-ya üzv olacaq və Türkiyə ilə yaxşı əlaqələr quracaq",-deyə bildirib.

Məlumata görə, HDP-dən olan Hisyar Özsoy isə “Finlandiya və İsveç hökumətlərinin bu ifrat tələblərə boyun əymələri bizim üçün böyük bir xəyal qırıqlığı olar”,- deyə bildirib.

Hisyar Özsoy da Finlandiyanın insan haqlarına və qanunun aliliyinə önəm verən neytral ölkə olduğunu müdafiə edib. Özsoy, “Finlandiya və İsveç siyasətçilərinin və hökumətlərinin bu cür müdafiə mövqeyi tutmalarına həqiqətən təəccübləndik. Finlandiyanın nə üçün güzəştə getmək və Türkiyə rəhbərliyini razı salmaq üçün yola çıxdığını anlamaq bizim üçün çətindir. Bu gülünc görünür.

Finlandiya və İsveç hökumətlərinin bu həddindən artıq tələblərə boyun əymələri bizim üçün böyük məyusluq olardı”,- deyə əlavə edib.

Türkiyə mətbuatının yaydığı məumata görə, CHP və HDP-li millət vəkillərinin müsahibələrinin yer aldığı Helsingin Sanomat xəbər saytında həmçinin Kürdüstan xəritəsi adlanan xəritə yayımlanıb.

Qeyd edək ki, İsveç və Finlandiya nümayəndə heyətinin səfərində Türkiyənin qətiyyətli münasibəti bir daha ortaya çıxdı. Təhlükəsizliklə bağlı narahatlıqlar konkret addımlarla qarşılanmadıqca, Türkiyə üzvlükləri təsdiq etməyəcəyini tərəflərə çatdırdı. Xüsusilə Ukrayna-Rusiya müharibəsindəki rolu ilə NATO-nun mühüm müttəfiqi olduğunu bir daha sübut edən Türkiyənin atdığı bu addımdan sonra müxalifətdən səslər gəlməyə başlayıb. CHP və onun gizli ortağı HDP-dən NATO üzvlüyünə güzəştsiz dəstək verəcəkləri dilə gətirilib.

P.S. Xatırladaq ki, Ünal Çeviköz Qarabağda 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycanın döyüşlərə Suriyadan cihadçıları göndərdiyini bildirmiş və bununla da Ermənistan və Rusiyanın Azərbaycana qarşı böhtanlarına şərik çıxmışdı.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »