Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir dövlətin ərazisini özümüzə uyğun bildiyimiz kimi bölə bilmərik"
"Bir dövlətin ərazisini özümüzə uyğun bildiyimiz kimi bölə bilmərik"

Ötən gün Litva prezidenti Gitanas Nauseda bəzi siyasətçilərin və ekspertlərin Ukraynanın sülh naminə torpaqlarının bir hissəsini Rusiyaya verə biləcəyi ilə bağlı arqumentlərini tamamilə qəbuledilməz adlandırıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə Litvanın TV3 kanalına müsahibəsində bildirib.

“Mən həm şəxsən, həm də siyasətçi kimi sülh razılaşmasına nail olmaq istərdim. Çünki Ukraynada hər gün qan tökülür. Amma biz həqiqətən də məsuliyyətsiz şəkildə başqa dövlətin ərazisini özümüzə uyğun hesab etdiyimiz kimi bölə bilmərik”,- deyə o bildirib.

Gitanas Nauseda Gitanas Nauseda

Prezident qeyd edib ki, bu məsələni Ukraynanın öhdəsinə buraxmaq lazımdır. “Axı bizim Rusiyaya qarşı bütün hərəkətlərimiz Rusiyanın 21-ci əsrdə başqa ölkənin ərazi bütövlüyünə qəsd etdiyi üçün ona qarşı yönəlib. Bu alfa və omeqadır. Yəni bu məsələni çörək kimi bıçaqla kəsməyə başlamağı tamamilə yolverilməz hesab edirəm”,- deyə preizdent bildirib.

Xatırladaq ki, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, Ukrayna Moskvanın işğalına son qoymaq üçün ərazisinin bir hissəsini Rusiyaya təhvil verməlidir. O bildirib ki, Rusiyanın müharibədə biabırçı məğlubiyyəti sabitliyin daha da pozulmasına gətirib çıxara bilər. Kissincer həmçinin bildirib ki, fevralın 24-də Rusiya işğala başlamazdan əvvəl mövcud olan status-kvona qayıtmaq ideal olar.

Qeyd edək ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edib və rusiyayönlü separatçı qruplar Ukraynanın şərq vilayətləri olan Donetsk və Luqanskın bəzi hissələrinə nəzarət etməyə başlayıblar.

Ukrayna rəgbərliyi də bu ideyanı rədd edib. Prezident Vladimir Zelensski bu məsələyə daha sərt formada reaksiya verib: "Putin nə baş verdiyini anlamır. Ukrayna heç bir güzəştə getməyəcək".

Ölkənin başqa vəzifəli şəxsləri də Rusiyaya ərazi güzəştinə getməyəcəklərini bildiriblər. Digər tərəfdən, belə məsələlərə Zelenski təkbaşına qərar verə bilməz, bunun üçün Ukraynada referendum keçirilməlidir. Belə olan halda isə Ukrayna xalqı Rusiyaya ərazi güzəştinə səs verməyəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »