Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərzaq qıtlığına görə məsuliyyəti Rusiya daşıyır” - Ağ Ev
“Ərzaq qıtlığına görə məsuliyyəti Rusiya daşıyır” - Ağ Ev

Ağ Evin yeni sözçüsü Karina Jan-Pyer Ağ Evdə keçirdiyi gündəlik mətbuat konfransında gündəmi dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

Karina Jan-Pyer Rusiya-Ukrayna müharibəsi səbəbindən ərzaq böhranı ilə bağlı müzakirələrə toxunaraq: "Rusiya Ukraynaya qarşı qlobal ərzaq təhlükəsizliyini məhv edən müharibəsini təcili olaraq dayandırmalı və Ukraynadan ərzaq daşımalarına icazə verməlidir",- deyə qeyd edib.

Karine Jean-Pierre Karina Ian-Pyer

Bizimyol.info xəbər verir ki, mətbuatın verdiyi məlumata görə, mövcud ərzaq böhranından Rusiyanın məsuliyyət daşıdığını ifadə edən Jan-Pyere: "ABŞ və ya digər ölkələrin Rusiyaya qarşı sanksiyaları qida daşımalarının qarşısını almır. Biz dünyanın heç bir yerində qida çatışmazlığının yaranmasına səbəb olacaq qərarlar qəbul edilməsini istəmirik və bunu qəbilediməz hesab edirik",- deyə o bildirib.

Karina Jan-Pyer Amerika mətbuatında Səudiyyə Ərəbistanı, İsrail və Misir arasında danışıqlar aparmaq məqsədi ilə Ağ Ev Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq direktoru Brett McGurk və enerji məsələləri üzrə dövlət katibinin müşaviri Amos Hochsteinin Səudiyyə Ərəbistanına neft razılaşması ilə bağlı gizli səfərdə olduqlarına dair iddialara cavab verib.

"Mən təsdiq edə bilərəm ki, McGurk və Hochstein hazırda Səudiyyə Ərəbistanındadır. Səlahiyyətlilər İranın regionda sabitliyi pozan hərəkətləri ilə mübarizə və sabit qlobal enerji bazarı kimi məsələləri müzakirə edirlər",- deyə cavab verib.

Karina Jan-Pyer əlavə edib ki, ABŞ prezidenti Co Bayden gələn həftə Ağ Evdə Yeni Zelandiyanın baş naziri Casinda Arderni qəbul edəcək.

Qeyd edək ki, Ruisya bəzi sanksiyaların aradan qaldırılması müqabilində Ukraynanın Qara dəniz limanlarından yükdaşımalara imkan yaradacağını bildirmişdi. Amma ABŞ hökuməti Kremlin sanksiyaları yumşaltmaq şərtini rədd edib. Dövlət Departamrntinin sözçüsü Ned Prays Rusiyanın ərzaqdan silah kimi istifadə etməsini "dəhşətli əməl" adlandırım. O əlavə edib ki, Rusiya verdiyi vədlərə əməl etmir və ona görə də bu məsələdə Rusiya ilə hər hansı danışıqlara getməyin mənası yoxdur.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »