Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Zaporojyeyə daha çox hərbi qüvvə toplayır
Rusiya Zaporojyeyə daha çox hərbi qüvvə toplayır

Rusiya işğalçıları Krımdan Zaporojye vilayətinə şəxsi heyəti və hərbi texnikanı, o cümlədən “Qrad”ı köçürür.

Bizimyol.info xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasından verilən məlumatda bildirilib.

Rusiya Federasiyası Krım yarımadasından öz qüvvələrini, təkcə quru qoşunlarını deyil, həm də hava və dəniz komponentlərini köçürür.

O da məlumdur ki, hərbi texnika karvanı Krımdan Melitopol istiqamətində hərəkət edib - təxminən iyirmi yük maşını və eyni sayda "Qrad" reaktiv yaylım atəşi komplaksi.

Bundan əlavə, düşmən yeni qruplaşdırdığı hərbi birləşmə "T-62" tanklarından ibarət tank batalyonu tərəfindən əlavə olaraq gücləndirilib. Rusiya ordusu Ukraynanın cənubunda möhkəmlənmək və mövqelərini saxlamaq üçün əraziyə əlavə qüvvələr yerləşdirərək üçüncü müdafiə xəttini yaradır.

Eyni zamanda, Berdyanskda düşmən yerli sakinləri Rusiya operatorlarının mobil şəbəkələrinə keçməyə razı salmağa çalışır. Melitopolda isə işğalçılar əhaliyə rus pasportlarını paylamağı planlaşdırırlar.

“Melitopolda fermerlər taxıl ehtiyatlarını satırlar. Çünki işğalçılar cüzi qiymətə taxılı almaq istədikdə bundan imtina etmənin bütün ehtiyatların müsadirə olunmasına gətirib çıxara biləcəyindən qorxurlar. Buna görə də taxılla yüklənmiş 20 maşından ibarət karvan Krıma doğru yola salınıb. Yük maşınlarına dövlət nömrə nişanları bağlanıb”, - deyə Vilayət Administrasiyasının açıqlamasında bildirilir.

Ukrayna mətbuatının daha əvvəl verdiyi məlumatda bildirildiyi kimi, iki gün əvvəl işğalçılar Zaporojyeyə qanadlı raketlərlə hücum ediblər. Bu zərbə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb. Özəl sektorda isə 62 evə ziyan dəyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »