Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyatlar keçirəcək
Türkiyə Suriyada terrorçulara qarşı yeni əməliyyatlar keçirəcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.

APA-nın verdiyi xəbərə görə, iclasda Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsinə qərar verilib.

“Terror təşkilatlarını hədəf alan əməliyyatlar qonşularımızın ərazi bütövlüyünə qarşı deyil. Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə də ciddi töhfə verəcək",- deyə iclasın nəticələrinə dair bəyanatda deyilir.

Bundan əlavə, terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu addımlara son qoymağa və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib.

Beynəlxalq ittifaqlarda müttəfiqlik ruhunu və qanunlarını hər zaman yerinə yetirən Türkiyənin müttəfiqlərindən də eyni məsuliyyəti və səmimiyyəti gözlədiyi vurğulanıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »