Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin məzəli görüş ssenarisi üzə çıxdı: Eyni adamlar fərqli geyimlərdə - Foto
Putinin məzəli görüş ssenarisi üzə çıxdı: Eyni adamlar fərqli geyimlərdə - Foto

Rusiya Prezidenti Vladimir Putin müharibə günlərində ictimaiyyət arasında çox görünmür. Kreml daha çox bunun imitasiyası ilə məşğuldur. Putinin sadə insanlarla təşkil olunduğu bildirilən görüşlərə diqqət yetirmək kifayətdir. Həmin görüşlərdə, adətən, oxşar simalar iştirak edir. Bu işə xüsusi xidmət orqanlarının əməkdaşları cəlb olunur.

Bizimyol.info xəbər verir ki, Rusiya Federal Mühafizə Xidmətinin işçiləri müxtəlif geyimlərdə ayrı-ayrı obrazları təmsil edirlər. Onlar gah əczaçı, gah şaxtaçı, gah da həkim qiyafəsində görünürlər. Putinin növbəti görüşü məzəli ssenarini ifşa edib. Dövlət başçısı guya Ukrayna müharibəsində yaralanan rusiyalı hərbçilərlə görüşüb. Məlum olub ki, seyrək saçlı “hərbçi” Putinlə başqa görüşdə də iştirak edib.

Rusiya Prezidentinin Federal Mühafizə Xidmətinin əməkdaşı ilə söhbəti tragikomediya nümunəsidir. Putinlə görüşlərin daimi iştirakçısı bildirir ki, evdə 9 aylıq oğlunu qoyub müharibəyə gedibmiş. Halbuki müharibə günlərində onun dövlət rəhbəri ilə başqa fotosu diqqət çəkir. Putin isə cavabında həmin əməkdaşa oğlunun onunla fəxr edəyəcini deyir.

Putinin sadə insanlarla görüşü zamanı oxşar mənzərələr əvvəllər də müzakirə mövzusuna çevrilmişdi. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı bir qadın diqqət mərkəzinə düşmüşdü. Dondurma satan xanımın da xüsusi xidmət orqanlarının əməkdaşı olması üzə çıxmışdı. Qadın Putinlə başqa görüşdə fərqli paltarda nəzərə çarpımışdı.

Rusiya xüsusi xidmət orqanlarının bəzi əməkdaşları hətta çoxsaylı görüşlərin daimi iştirakçısı kimi fərqlənir. Putin özünü elə aparır ki, sanki həmin şəxsləri əvvəllər görməyib. Onlar səmimi söhbət edir, dövlət başçısının sadə insan obrazının yaradılması üçün çalışırlar.

Putin "yaralı əsgər" adı ilə xüsusi xidmət agenti ilə görüşür

Putin müharibə dövründə, ümumiyyətlə, ictimaiyyətlə ünsiyyətdən qaçır. Azsaylı görüşlər isə ənənəvi ssenari ilə baş tutur. Putin xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşür, telekanallar reportaj hazırlayır, cəmiyyət bu cür aldadılır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »