Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların və zimbabvelilərin təhsil üçün ən çox getdiyi ölkə
Azərbaycanlıların və zimbabvelilərin təhsil üçün ən çox getdiyi ölkə

Azərbaycan hakimiyyəti daim iqtisadi göstəricilərin yüksəlməsini xüsusi qeyd etsə də, ölkədən getmək istəyənlərin sayı heç azalmır. Qərb dövlətlərinin statistikalarında buradan gedənlərin sayı ayrıca fərqlənir. Motivlərin arasında təhlükəsizlik, sosial problemlər ön sıraları tutur. Amma ölkəni təhsil adıyla tərk edən gənclər də çoxdur. Onların ən çox üz tutduğu ölkə Polşadır.

Bizimyol.info xəbər verir ki, “Remitly” araşdırma mərkəzinin hesabatında da Azərbaycan vətəndaşlarının seçimi yer alıb. Burada çox maraqlı məqam diqqət çəkir. Polşalılar daha çox İngiltərədə təhsil haqqında düşünür. Polşanın özü isə xüsusilə Azərbaycan, Zimbabve və Belarus vətəndaşları üçün cəlbedicidir.

Postsovet ölkələrindən Özbəkistanda, Türkmənistanda, Tacikistanda Rusiyaya, Ermənistanda, Qırğızıstanda Almaniyaya, Rusiyada, Ukraynada ABŞ-a, Qazaxıstanda Türkiyəyə, Litvada Sinqapura, Estoniyada Finlandiyaya, Moldovada İngiltərəyə üstünlük verilir. Türkiyədə Almaniyada oxumaq variantı populyardır. İranda, Gürcüstanda yerli təhsil ocaqlarından razılıq müşahidə edilir.

Bəzi göstəricilərə təəccüblənməmək olmur. Məsələn, Səudiyyə Ərəbistanında ən çox Küveytdə oxumaq meyli var. Yaponiyada xarici ölkə kimi Filippinə üstünlük verilir. Tanzaniyada nədənsə İordaniyaya can atırlar. Bruneydə uzaq Misir haqda düşünürlər.

Azərbaycanlıların, zimbabvelilərin və belorusların sayəsində Polşa təhsil ölkələri sırasında liderlər qrupunda yer alıb. Rusiya, Portuqaliya və Tayvan da Polşa kimi 3 xarici ölkədə oxumaq üçün prioritet ərazi hesab olunur. Ən çox Kanadaya can atan var. Dünyanın 36 ölkəsində Şimali Amerika dövlətində təhsil almağı arzulayırlar. Sonrakı yerləri İspaniya (13), İngiltərə (10), Yaponiya, Fransa, ABŞ (hamısı - 9), Avstraliya (8), Almaniya (7), Hindistan, Küveyt (hər ikisi - 6), Niderland (4) tutur.

Polşada təhsil alan azərbaycanlı gənclərin əksəri ölkəyə qayıtmır. Yəni əvvəlcə məqsəd Azərbaycandan birdəfəlik getmək üçün ən uyğun variantdan istifadə etmək olur. Təhsil başa çatandan sonra gənclər Polşada qalırlar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »