Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən qorxaq və yaltaq 7 ölkəsi — SƏBƏB
BMT-dəki Qüdslə bağlı qanun layihəsi ilə bağlı keçirilən səsvermədə ABŞ-ın maddi yardımı kəsmək və əleyhinə səs verən ölkələri qeyd etmə təhdidindən qorxan 7 ölkə Birləşmiş Ştatlara dəstək vermişdi.

"Ölkə.Az" xəbər verir ki, ölkələr arasında ən qorxaq olanı üzə çıxıb. Qvatemalanın prezidenti Cimmi Morales ölkəsinin səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul edib.

Səfirliyin Qüdsə köçürülməsi üçün lazım olan təlimatları verdiyini açıqlayan Morales rəsmi "Facebook" səhifəsində verdiyi açıqlamada məsələ ilə bağlı İsrailin baş naziri Netanyahu ilə görüşdüyünü də bildirib. Görüşdən sonra Morales Tel-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar qəbul etdiyini bildirib.

BMT-də keçirilən səsvermədə isə ABŞ-ı dəstəkləyən 9 ölkədən biri də Qvatemala olmuşdu.

Digər tərəfdən Rumıniyanın iqtidar partiyasının lideri Liviu Dragnea da həftə sonu açıqlama verərək İsraildəki səfirliyin Qüdsə köçürülməsi barədə düşünmək lazım olduğunu bildirib. Partiya lideri "İsrailin bütün mərkəzi idarələri Qüdsdə yerləşir. İşləri həll etmək üçün səfirlik işçiləri Tel-Əvivdən Qüdsə getmək məcburiyyətindədirlər"- deyib.

ABŞ-ın qərarını dəstəkləyən digər ölkələr isə Qvatemala, Honduras, Marşal Adaları, Mikroneziya, Nauru, Toqo və Palau olub.

Avstraliya, Antika-Barbuda, Argentina, Benin, Butan, Bosniya-Hersoqavina, Kanada, Xorvatiya, Çexiya, Dominikan, Qvineya, Fiji, Litva, Lesoto, Meksika, Panama, Paraqvay, Filippin, Polşa, Rumıniya, Ruanda, Solomon adaları, Cənubi Sudan, Trinidad Tobaqo, Tuvalu, Uqanda və Vanutau isə səsvermədə bitərəf qalıb.

Son xəbərlər
Bütün xəbərlər »