Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tam barışmağımız bu gün mümkün olmasa da..."
"Tam barışmağımız bu gün mümkün olmasa da..."

“Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər”. Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. O, qeyd edib ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar. Yəni gələcəkdə, bir zamanlar düşmən deyib, 30 il müharibə etdiyimiz xalqın nümayəndələri bizimlə eyni hüquqlu ola bilər.

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda istənilən xalqın nümayəndələri yaşayır və yaşayacaqdır. Onların hamısı Azərbaycan vətəndaşıdır. Hər bir etnik nümayəndəyə olunan münasibət hamıya qarşı eynidir.

Arzu Nağıyev Arzu Nağıyev

“Biz multikultural dəyərləri dəstəkləyən, eyni zamanda demokratik bir ölkədə yaşayırıq. Millətindən asılı olmayaraq Azərbaycan konstitutsiyasını qəbul edən, Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs bütün qanunlar qarşısında cavabdehdir. Əgər onların hərhansı cinayəti varsa, bu cinayətlər araşdırılmalıdır və araşdırılacaqdır. Bundan sonra müvafiq qərarlar qəbul ediləcək.

Ermənilərə gəldikdə məlum məsələdir ki, qondarma Qarabağ ərazisində, hansı ki, bir zamanlar işğal olunmuş ərazilər sayılırdı. Orada bir qrup ermənilər qalıb. O qrup özlərini separtaçı kimi qələmə verir, separatçılar adlandırırlar. Onların çoxunun cinayət təqibləri var, axtarışa verilənləri də var. Azərbaycan əleyhinə etdikləri cinayətlərə görə, məsuliyyətləri var. Lakin yerdə qalanlar birmənalı şəkilə Azərbaycan qanunlarına hörmətlə yanaşarlarsa, onlar daimi Azərbaycan vətəndaşı olaraq, digər etnik xalqlara olan münasibət onlara da olacaqdır” - deyə deputat bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı hər zaman tolerantlığı və multikultural dəyərləri daim hər şeydən yüksək tutub və dəstəkləyib: “Təbii ki, müharibə çox ciddi fəsadlar verib. Bizim tam şəkildə barışmağımız bu gün mümkün olmasa da, bir müddət onlarla müvafiq izahat işləri aparmaq lazım olacaq”.

Arzu Nağıyevin fikrincə, Azərbaycan vətəndaşlığını qəbul etmiş ermənilərin gələcəkdə işlə təmin olunması, Konstutsiyaya uyğun olaraq iş yerləri ilə, digər təminatlar və təzminatlarla təmin edilməsi mümkündür. Lakin cinayətkar ünsürlər də hakimiyyət və dövlət qarşısında cinayət işləri olanlar birmənalı şəkildə öz cinayətlərinə görə cavab verməlidirlər. Öz günahlarını ya etiraf etməlidirlər və yaxud da onlarla bağlı müvafiq qərarlar qəbul ediləcəkdir.

“Biz humanist bir xalqıq. Döyüşü bacardığımız kimi, ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, suverenliyimizi qoruduğumuz kimi öz vətəndaşlarımız qarşısında onların problemlərinin həll olunması istiqamətində davamlı addımlar da atırıq. Ermənilər də bunu artıq başa düşməlidir ki, biz qalib xalqıq və diqtə edən tərəfik. Ona görə də hərhansı bir problemin yaşanması halında məlum məsələdir ki, nə ilə nəticələnə bilər” - deyə deputat qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »