Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada ərzaq qiymətləri sürətlə artır: Aclıq gözlənilirmi...
Dünyada ərzaq qiymətləri sürətlə artır: Aclıq gözlənilirmi...

FAO-nun qlobal ərzaq qiymətləri indeksində illik artım mart ayında qeydə alınan rekord səviyyədən geriləyib. FAO-nun məlumatına görə, aprel ayında illik artım 29,81 faiz təşkil edib. FAO-nun məlumatına görə, qlobal ərzaq qiymətləri aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,81 faiz artıb. Beləliklə, mart ayında qeydə alınan 33,94 faizlik rekord səviyyədən bir qədər geriləmə oldu.

“İndeksdəki cüzi eniş, xüsusən də aşağı gəlirli və ərzaq qıtlığı olan ölkələr üçün müsbət ola bilər, lakin ərzaq qiymətlərinin hələ də son pik nöqtəsinə yaxın olması bazarda davam edən sıxlığı əks etdirir və qlobal ərzaq təhlükəsizliyinə problem yaradır”, - deyə FAO-nun baş iqtisadçısı Maximo Torero Cullen bildirib.

“Qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra belə vəziyyətə düşməyib. İlin sonuna doğru daha “qatı dumanlı” şərait gözlənilir”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, inflyasiya cızığından çıxır, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir, şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması prosesləri çətinləşir, istehsal və ticarət əlaqələri qırıla-qırıla gedir.

Pərviz Heydərov Pərviz Heydərov

“Qeyd olunan mənzərə hələ keçən ilin əvvəlindən özünü büruzə verməyə başlayıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi isə “odun üstünə benzin” tökdü. Bu baş verməsəydi, bir sıra mənfi tendensiyalar cari ilin ilk yarısının sonuna kimi ortadan qalxacaqdı” deyən ekspert bildirir ki, taxıl istehsalı, tədarükü və təminatında problemlər Rusiya-Ukrayna müharibəsindən əvvəl dövriyyəyə daxil olub.

2020-ci ildə dünyanı ağuşuna alan pandemiya şəraiti ən böyük zərbələrindən birini də məhz kənd təsərrüfatına vurub. Belə ki, pandemiya ötən ilin əvvəlindən tədricən aradan qalxdı. Lakin ixracatçı ölkələr bəyanat verməyə başladılar ki, taxıl istehsalına çox böyük zərbə dəydiyindən nəzərdə tutulandan xeyli az məhsul əldə edilib.

“Odur ki, böyük taxıl istehsalçısı olan ölkələr pandemiyadan yeni çıxdıqları üçün 2021-ci ildə də istehsalın əvvəlki həcmdə olmayacağını və ixracı azaldacaqlarını bildirdilər” - deyə Pərviz Heydərov bildirib.

Ekspert hesab edir ki, qlobal iqtisadiyyatda, ərzaq bazarlarında problemlər ilkin olaraq pandemiya səbəbindən meydana gəlmişdi ki, Rusiyanın Ukraynaya bu ilin fevralında hücum etməsi başlayan prosesi daha da sürətləndirdi. Və nə qədər ki, Ukraynaya qarşı hərbi təcavüz davam edəcək, mövcud problemlər daha da kəskinləşəcək.

“Məsələ bundadır ki, postpandemiya dövrü tam yetişməmiş Rusiya-Ukrayna müharibəsinin başlaması faktına iqlim şəraitinin pisləşməsi də əlavə olunub. Məhz bu səbəbdən ərzaq böhranı - aclıq təhlükəsi lap qaçılmaz hal kimi görünür. Belə ki, kəskin quraqlıq, temperaturun yüksək olması, qasırğa və sair kimi amillər müharibə regionundan çox-çox uzaqda yerləşən ABŞ, Hindistan, Fransa və digər bu kimi ölkələrdə də ərzaq buğdası istehsalı və tədarükünə “balta” vurub”,- deyən iqtisadçı bildidir ki, cari ildə adlarını qeyd etdiyim ölkələrdən hansısa töhfə gözləmək əbəsdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »