Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: Azərbaycan deputatlarının bürclərə görə xüsusiyyətləri
Ulduz falı: Azərbaycan deputatlarının bürclərə görə xüsusiyyətləri

Bürclərin xüsusiyyətləri haqqında müxtəlif yazılar hazırlamışıq. Hansı rəngi sevir, hansı geyim uyğundur, dürüstdürlərmi, hansı hədiyyələri sevirlər, hansı xarakterli insanlara üstünlük verirlər və s. Bu dəfə isə, bürclərin mənfi xüsusiyyətlərindən danışacağıq.

Məsələn sən, Qoç bürcü, nə qədər mənfi xüsusiyyətinin olduğunu bilmirsən. Çünki eqoistliyin gözünü o qədər tutub ki, sənə elə gəlir, səndən başqa hamı yalandır. Bəs sən Dolça, elə bilirsən ki, hamını manipulyasiya edə bilərsən? Səbrin də bir sonu var, dostum!

Özünüzün və ya yaxınlarınızın mənfi xüsusiyyətləini bilib, buna uyğun davranmaq istəyirsinizsə, yaxın gəlin. Bu arada deputatların da hansı bürcdən olduğunu və bürcünə görə hansı mənfi xüsusiyyətlərinin olduğunu buradan oxuya bilərsiniz.

Qoç

Deputatlardan Qənirə Paşayeva, Cavanşir Paşazadə, Razi Nurullayev, Soltan Məmmədov, Hikmət Məmmədov, Aqil Məmmədov, Səbinə Xasayeva, Tamam Cəfərova, Vahid Əhmədov, Novruzəli Aslanov, Əminə Ağzadə, Aqil Abbas

Qoçlar nəyin bahasına olursa olsun diqqət mərkəzində olmağa çalışırlar. Özünə güvənən Qoç bürcünün əsas mənfi keyfiyyətləri arasında: sərt xarakter və güzəştə gedə bilməmək, impulsivlik və aqressivlik yer alır. Qoçlar rəqibi incitməkdən qorxmadan dərhal sərt tənqidə keçir. Məqsədinə çatmaq üçün onlar çeviklik və manipulyasiyadan istifadə edirlər. Tikanlı iradları çox vaxt yaxınlarını da incidir. Qoç ilə gündəlik həyatda sadəcə, xırda şeylərə görə də mübahisə edə bilərsiniz.

Buğa

Deputatlardan Sabir Rüstəmxanlı, Erkin Qədirli, Rüfət Quliyev,Məlahət İbrahimqızı, Ülviyyə Həmzəyeva, Jalə Əhmədova, Elnur Allahverdiyev

Buğalar başqalarını düşünmür, prinsip və əxlaq normalarını pozur. Hətta sevgi münasibətində belə, o, tərəf müqabilinin onun hərəkətlərinə necə reaksiya verəcəyini düşünmədən irəli gedir. Torpaq bürcü olan Buğanın ən xoşagəlməz xüsusiyyəti kobudluqdur.

O, digərini daha ağrılı sancmaq üçün sözləri, intonasiyanı, üslubu, üz ifadəsini böyük məharətlə seçə bilir. Buğanın günahını sübut etmək mümkün deyil. Səhvlərini etiraf etməyə hazır deyil, həddindən artıq özünə inam və insanlara hakim olmaq arzusu var.

Buğa tənbəldir və sevmədiyi bir işdə və ya yolunda getməyən münasibətlərdə illərlə ilişib qala bilər.

Əkizlər

Deputatlardan Elman Nəsirov, Anar Məmmədov, Asim Mollazadə, Tahir Mirkişili, İmamverdi İsmayılov, Naqif Həmzəyev, Kamilə Əliyeva, Rauf Əliyev, Vüqar Bayramov

Əkizlər bürcü nümayəndələrinin iki üzlü totemə sahib olması boş yerə deyil. Sevimli və cazibədar Əkizlər gec-tez qaranlıq tərəflərini nümayiş etdirirlər. Hiylə, ikiüzlülük, vədlərə əməl edə bilməmək onların ən mənfi xüsusiyyətləridir.

Əkizlər öz fikirlərini, əhval-ruhiyyələrini və həyat mövqelərini çox tez-tez dəyişirlər. Belə qeyri-sabitliklə barışmaq çətin ola bilər. Bundan əlavə, Əkizlər yalan danışmaqda və iddia etməkdə ustadır. Çox vaxt onlar başqalarının sirlərini saxlamağı da bacarmırlar - bunu şişirdərək hər kəsə açıqlayırlar. Belə bir insana güvənmək çətin olduğu üçün Əkizlər tez-tez dostlarını və tərəfdaşlarını itirirlər.

Xərçəng

Deputatlardan Aydın Mirzəzadə, Sevil Mikayılova, Sadiq Qurbanov, Azay Quliyev, Ziyad Səmədzadə, Azər Kərimli, Cavanşir Feyziyev

Xərçəng depressiyaya meyllidir. Xərçənglər xırda bir şeyə görə isterikaya düşə bilirlər. Üstəlik, başqalarını buna səbəb olduqlarına görə günahlandıra bilirlər. Su elementi olan Xərçənglərin ən mənfi xüsusiyyətləri bunlardır: kiçik problemləri böyütmək, hər bir insanda qüsur tapmağa cəhd etmək.

Həmçinin onların fitri aktyorluq istedadı Oskar mükafatına layiqdir. Günahkar olduqları halda elə hay-küy sala bilərlər ki, qarşı tərəf az qala Romanın süqutuna görə də günahkar çıxar. Amma istədiklərini hay-küylə ala bilməyəndə dərhal dəyişib "dost" roluna girirlər. Mövqe dəyişikliyi saniyələr ərzində baş verə bilər.

Şir

Deputatlardan Arzu Nağıyev, Bəhruz Məhərrəmov, Müşviq Məmmədli, Elşən Musayev, Elşad Mirbəşiroğlu, Eldar Quliyev, Ağalar Vəliyev, Rəafel Hüseynov, Hicran Hüseynova, Sevinc Fətəliyeva, Müşfiq Cəfərov, Azər Badamov

“Mənim nə yerdə, nə də göydə tayım-bərabərim yoxdur” - iddialı Şirlər özləri barədə belə düşünürlər. Bürcün mənfi cəhətləri bunlardır: davakarlıq, vasvasılıq və xırdaçılıq; problemlərində başqalarını günahlandırmaq bacarığı.

Gülməli görünməkdən qorxan Şirin ən güclü əlamətlərindən biri odur ki, səhvlərini etiraf etməyi və yaxşılığa doğru dəyişməyi sevmir. Günahkar və pərt vəziyyətdə görünməyi ölümdən betər sayır.

Qız

Deputatlardan Ülvi Quliyev, Cəbi Quliyev, Kəmaləddin Qafarov, Afət Həsənova, Nizami Cəfərov, Ülviyyə Ağayeva, Fəzail Ağamalı

Qız digər insanların nailiyyətlərini dəyərsizləşdirir. Qız bürcünün əsas xüsusiyyətləri gözlə görünür. Qız bürcündə praqmatizm, mühafizəkarlıq, vəziyyətə düzgün reaksiya vermək bacarığı var. Xırdaçılıq, xəsislik və istirahət edə bilməmək, digər insanların fikirlərinə və nailiyyətlərinə məhəl qoymamaq Qızın mənfi xüsusiyyətlərindəndir.

Qız bürcü birləşmək və rəhbərlik etmək əvəzinə, tam nəzarət etməyi sevir.

Tərəzi

Deputatlardan Məmmədov Məşhur (biz onu tanımasaq da), Elman Məmmədov, Fazil Mustafa, Ramil Həsən, İsa Həbibbəyli, Sabir Hacıyev, Əziz Ələkbərov, Jalə Əliyeva

Tərəzi bürcü nümayəndələrinin mənfi keyfiyyətlərini ətrafdakı insanlar intuativ olaraq hiss edirlər. Tərəzi bütün həyatı boyu pula qənaət edə bilər, yersiz və artıq heç nəyə yol verməz, həm də uydurma bir ideal üçün çalışar.

Hər hansı bir qüsura görə özünə nifrət edər. Özünü qəbul edib sevə bilməmək, eləcə də başqalarının fikirlərindən asılılıq onu davamlı depressiyaya sürükləyə bilər. Bunu müəyyən mənada "natamamlıq kompleksi" də adlandıra bilərsiniz.

Əqrəb

Deputatlardan Səttar Möhbalıyev, Musa Qasımlı, Ziyafət Əsgərov, Əhliman Əmirasıanov, Kamran Bayramov, Mahir Abbaszadə

Əqrəblər özlərini idarə edə bilmirlər. Əqrəb çox mürəkkəb xarakterə malikdir. Bürclər arasında gəzsəniz, Əqrəbdən daha təhlükəli düşmən tapa bilməzsiniz. Əqrəb bürcündə insan psixopatologiyasının bütün spektri bir arada mövcuddur. Əqrəblərin əsas mənfi cəhətləri bunlardır: dəyişkən əhval-ruhiyyə və öz baxışlarını tez-tez dəyişmək meyli; sadizm meylləri; sevgisinin dayaz olması; özünü idarə edə bilməmək.

Bununla belə, Əqrəblərdən daha güclü tiran və manipulyator yoxdur. Şeytani hiyləgərlik, zəka və şirnikləndirmə qabiliyyəti onlara düşmənə qarşı hiylə və qisasçılıq nümayiş etdirməyə imkan verir. Evlilikdə xəyanətə meyllidir. Karyera xatirinə hər şeydən keçməyə hazırdır.

Oxatan

Deputatlardan Nizami Səfərov, Könül Nurullayeva, Madər Musayev, Musa Quliyev, İltizam Yusifov, Kamal Cəfərov

Oxatanlar reallığı görmürlər, həyatlarını məhv edən hadisələrdən yapışmağa üstünlük verirlər. Uğurlara güvənərək təhlükəli yollarla daha da uzağa getməyə meyl edirlər. Pul və güc ehtirası onları həddən artıq inamlı edir. Rəhbərliyə meyl onları qeyri-qanuni fəaliyyətlərə sürükləyə, onları mütəşəkkil cinayətkar qrupun liderinə çevirə bilər.

Çətinə düşdüyü zaman da vəziyyətdən çıxmağa çalışmır. İrəliyə doğru gedir və sonda ümidsizlik uçurumuna da itələnə bilir.

Oğlaq

Deputatlardan Səməd Seyidov, Bəxtiyar Sadıqov, Əli Məsimli, İlham Məmmədov, İqbal Məmmədov, Rasim Musabəyli, Rəşad Mahmudov, Fatma Yıldırım, Sədaqət Vəliyeva, Vasif Talıbov, Anar İsgəndərov,Vüqar İsgəndərov, Oktay Əsədov, Nigar Arpadarai,Sahib Alıyev

Oğlaqlar məhdudiyyətlərə nifrət edirlər. Oğlaqlar ailəni tamamilə unudub işin içinə baş vura bilirlər. Bürcün demək olar ki, bütün nümayəndələri həyatı ağ-qara rəngdə görür, pessimist düşünür, həddən artıq tutqun olur və kiçik problemlərin əhəmiyyətini şişirdir. İnadkar bürc qaydalara və məhdudiyyətlərə nifrət edir. Onları müəyyən çərçivəyə sığışmağa məcbur etsəniz, gözlənilməz nəticə əldə edə bilərsiniz. Onlar döyüşməyə, sızıldamağa və manipulyasiya etməyə başlayacaqlar.

Münasibətlərdə hiylə və intiqam; təhqirləri bağışlaya bilməmək və cavab vermək istəyi Oğlaqların mənfi xüsusiyyətlərindəndir.

Dolça

Azərbaycanda deputatlardan Əliabbas Salahzadə, Anatloliy Rafailov, Zahid Oruc, Cavid Osmanov, Siyavuş Novruzov, Ceyhun Məmmədov, Nəsib Məhməliyev, Pərvin Kərimzadə, Şahin İsmayılov, Qüdrət Həsənquliyev, Malik Həsənov,Nurlan Həsənov, Sevinc Hüseynova, Aydın Hüseynov, Emin Hacıyev, Məzahir Əfəndiyev

Dolçalar mübahisələrdə boyun əyməyi və şəfqət göstərməyi bilməyən tiranlardır. Dolçalar tənbəl və qeyri-ciddi insanlardır. Dolça bürcü ciddi münasibəti belə qeyri-ciddi edə bilər. Xəyallar və fantaziyalar onun üçün reallığı əvəz edə bilir. Dünyanı xilas etmək və məşhur olmaq arzusu Dolçaları borc götürüb öhdəliklərini yerinə yetirmədən xərcləməyə vadar edir.

Fantaziyaları idarə etmək və ayağını yorğanına görə uzatmaq bacarığı olmadığına görə Dolçalar həyatda tez-tez qalmaqallara düşürlər.

Balıqlar

Deputatlardan Tahir Rzayev, Aqiyə Naxçıvanlı, Ramin Məmmədov, Sahibə Qafarova, Mixail Zabelin, Tahir Kərimli, Fəzail İbrahimli, Eldar İbrahimov, Əli Hüseynli, Gəncəliyev Tural,Etibar Əliyev, Adil Əliyev, Bəxtiyar Əliyev

Balıqlar özlərini necə müdafiə edəcəklərini bilmirlər. Balıqlar çətin vəziyyəti anlamağa çalışmadan belə təslim olmağa meyllidirlər. Bundan əlavə, onlar emosional olaraq qeyri-sabitdirlər, bəzən kəskin soyuqluq, bəzən də sönməz bir ehtiras göstərirlər. Bürcün ikili təbiəti onları yolayrıcında saxlayır - onları ya yaradılışa, ya da məhvə meylləndirir, ya cismani həzzi, ya da mənəvi idealları seçməyə məcbur edir. Balıq bürcü nümayəndələrinin mənfi xüsusiyyətləri bunlardır: hiylə və hazırcavablığa meyl; qərarsızlıq və özünə şübhə; manipulyasiyaya cavab olaraq qəti "yox" deyə bilməmək.

Balıqların gözlənilməz hərəkətləri sevdiklərini və dostlarını çaşdıra, onları məyus edə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »