Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bloomberg" Rusiyadan Çinə neft tədarükünün yeni sxemini təsvir edib
"Bloomberg" Rusiyadan Çinə neft tədarükünün yeni sxemini təsvir edib

Dənizdə tankerlər arasında xam neftin logistik cəhətdən riskli və bahalı daşınması ən azı iki çinli alıcının Rusiyanın şərqindən Asiyaya neftin rəvan axmasını təmin etmək üçün addım atmağa hazır olduqlarını vurğulayır.

Bizimyol.info xəbər verir ki, "Bloomberg" Rusiya neftinin Çinə ixracı üçün yeni, "yaradıcı" sxemi təsvir edib - iki ölkə arasında qısa məsafə olmasına baxmayaraq, onlar dənizlə daşımaya üstünlük verəcəklər.

Qeyd olunur ki, Qərbdə getdikcə daha çox gəmi sahibi maliyyə sanksiyalarının potensial nəticələrinə görə Rusiya neftindən yayınır, buna görə də dənizdə daşınma sxemi mövcud gəmilərlə daha çox reyslər etməyə imkan verir.

Təsvir olunan sixemə görə: "Aframax" və ya "Long Range-2" tipli kiçik gəmilər Vladivostok yaxınlığındakı terminalda neftlə yüklənir və sonra Çinə səyahətin növbəti mərhələsi üçün Cənubi Koreyanın Yeosu limanı yaxınlığındakı yollarda supertankerlərə yüklənir.

Belə bir marşrut alıcıya üzməyin gəmi daşınması ilə bağlı vaxtı və xərcləri artırır. Lakin eyni zamanda, bu kanalın səmərəliliyi artır: səfərlər nə qədər qısa olsa, mövcud tankerləri daha tez yükləmək olar. Eyni zamanda, agentliyin əlavə etdiyi məlumatda bildirildiyi kimi, Rusiya neftini almaq istəyənlər qara qızılın dünya qiymətləri ilə müqayisədə əhəmiyyətli endirimlər əldə edirlər.

"Bloomberg"in məlumatına görə, Çində yeni “koronavirus isteriyası” dalğası və onlara tələbatın azalması səbəbindən dənizdə neftlə yüklənən "VLCC" tipli supertankerlərdə heç bir problem yoxdur.

Mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı sanksiyalarının altıncı paketini, o cümlədən neft embarqosu və Sberbank-ın SWIFT-dən ayrılmasını təqdim edib.

Macarıstan hökuməti isə bildirib ki, Aİ-nin Rusiya neftinin idxalına tam qadağa qoyması planı qənaətbəxş deyil. Bu ölkənin enerji təhlükəsizliyini təhdid edir.

"Bloomberg" mənbələrə istinadən verdiyi məlumata görə, Aİ Rusiya Federasiyasına qarşı neft embarqosuna yenidən baxmağı və Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna, Çexiyaya 2024-cü ilin iyun ayına qədər Rusiya neftini almağa icazə verməyi təklif edib.

Eyni zamanda, Avropa Şurasının rəhbəri bildirib ki, ayın sonuna qədər Rusiya neftinə embarqo təsdiqlənəcək. Qərar Macarıstanın müqavimətinə baxmayaraq razılaşdırılacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »