Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İzmirdə “Azərbaycan mədəniyyət günləri” adı altında tədbirlər keçiriləcək
İzmirdə “Azərbaycan mədəniyyət günləri” adı altında tədbirlər keçiriləcək

"İzmirdə fəaliyyət göstərən dərnəyimiz Azərbaycan Cümhuriyyətinin 104-cü ildönümü və İzmir Bakı qardaşlığının 37-ci ildönümünü qeyd etmək məqsədilə 20-30 may 2022-ci il tarixləri arasında “Azərbaycan mədəniyyət günləri” adı altında tədbirlər keçirir".

Bu barədə Bizimyol.info xəbər portalına Müasir Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti Cemal K.Mehmethanoğlu məlumat verib. O, bildirib ki, proqramda 20-28 May tarixlərində “Azərbaycan boyaları sərgisi” keçirilir. Tədbir Konak Bələdiyyəsinin 3-cü mərtəbəsində yerləşən Rəsm Sərgisi ərazisində, Prof. Dr. Türkan Saylan Mədəniyyət Mərkəzində gerçəkləşdirilir.

“Sərgimizin açılış kokteyli 21 may 2022-ci il saat 16.00-da keçirildi. Mayın 24-də keçirilən Skripka Piano Konsertində İzmir Dövlət Opera və Baletinin Azərbaycan artistləri Ruşen Muzaffer və Cemile Cabbarlı Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdilər. Konsertimiz saat 20:00-da DOB Konak Alhambra səhnəsində baş tutdu” - deyən təşkilat sədri bildirib ki, mayın 25-də keçirilən “Təbriz gecəsi” tədbirinə Təbriz və Urmiyədən olan sənətçilər qatıldı. Təbrizdə doğulmuş, Türkiyədə yaşayan, Cavit Təbrizli və Urmiyadan olan 7 nəfər qonaq, “SARI TEL Music Group” və Aşık Qurban gecənin sənətçi qonaqları qismində iştirak etdilər  Təbrizli şair Azəryar Danişvər, möhtəşəm gecənin aparıcısı idi.

28 May Azərbaycan Cümhuriyyətinin 104-cü ildönümü ilə əlaqədar qəbuldan sonra Baku NIGHT adlı konsert proqramı olacaq.

Saat 18.00-20.00 arasında Konak Bələdiyyəsi, Güzelyalı, Nazim Hikmət Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının yubiley qəbulu keçiriləcək.

Bakı gecəsi konsert proqramı elə həmin məkanda, konsert zalında, saat 20.30-da başlayacaq. Konsert proqramı məşhur qarmon ustası Azər Əliyevin qarmon konserti ilə başlayacaq, daha sonra TRT artisti Arzu Qurbani, Mədəniyyət Nazirliyinin artisti Muhsin Qurbani və Bakıdan gələn qonaq Habil Məmmədovun rəhbərlik etdiyi 7 nəfərlik Qarabağ bülbülü adlı musiqi qrupunun konserti ilə davam edəcək.

“Mayın 29-da “Şuşa Gecəsi” adlı konsert proqramı baş tutacaq. Konsertdə 9 Sentyabr Universiteti Konservatoriyasının müəllim və tələbələrindən ibarət 30 nəfərlik simli orkestr Azərbaycanın və Türk Dünyasının Sivilizasiya Paytaxtı ŞUŞA-da doğulmuş Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcək. Konsertimiz saat 20:00-da DOB Konak Alhambra səhnəsində baş tutacaq” - deyə təşkilat sədri bildirib. Onun sözlərinə görə, mədəniyyət günlərinin sonuncu tədbiri mayın 30-da bazar ertəsi Maşın Mühəndisləri Odasının 40 nəfərdən ibarət Türk Xalq Musiqisi xorunun ifasında Azərbaycan Mahnılarının Konserti ilə yekunlaşacaq. Arzu Qurbani xor konsertinə qonaq sənətçi kimi qatılacaq. Bu konsert,  Təpəkule Konqres Mərkəzinin Anadolu Salonunda saat 20.30-da baş tutacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »