Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ukrayna və Rusiya ilə taxıl ixracı üçün razılığa gəlib - Reuters
Türkiyə Ukrayna və Rusiya ilə taxıl ixracı üçün razılığa gəlib - Reuters

Rəsmi Ankara Ukraynadan taxıl ixracını reallaşdırmaqla əalaqədar Türkiyə üzərindən dəhliz açmaq üçün Moskva və Kiyevlə danışıqlar aparır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" yüksək rütbəli Türkiyə məmuruna istinadən məlumat yayıb.

"Türkiyə həm Rusiya, həm də Ukrayna ilə Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlar aparır", - deyə rəsmi bildirib. Onun sözlərinə görə, danışıqlar hələ ilkin mərhələ davam edir. Rusiya Ukraynada müharibə başlamasından sonra bağlanmış Ukrayna limanlarında 20 milyon tondan çox taxıl qaldığı bildirilir.

Qeyd olunur ki, Rusiya rəsmiləri daha əvvəl Qərbin bəzi sanksiyalarının ləğvi müqabilində ərzaq daşıyan gəmilər üçün dəhliz verməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əvvəl bildirilmişdi ki, Çin hakimiyyəti mümkün qədər tez “yaşıl dəhliz” yaratmaqla Ukrayna taxılının maneəsiz ixracını təmin etməyə çağırıb. CNN-in məlumatına görə, ABŞ və Avropa taxılın Ukraynadan çıxarılması planları üzərində işləyir. Kanada da bu prosesdə kömək etməyə hazır olduğunu bəyan edib.

Ukrayna bu yaxınlarda Ərzaq Təhlükəsizliyi Yol Xəritəsinin imzalanmasına qoşulub və məhsulların daşınması üçün iki quru marşrutu müəyyən edib.

Qeyd edək ki, Ukrayna ən böyük taxıl ixrac edən ölkələrdən biridir. Rusiyanin yaratdığı çətinliklər ölkəyə məhsulunu bazarına çıxarmağa mane olur. Digər tərəfdən Rusiya özü də taxıl ixrac edən ölkə olsa da, ona qarşı tətbiq edilən sanksiyalara görə, əksər dövlətlər Moskva ilə ticarət etməkdən cəkinir. Embarqolar bir sıra dövlətlətdə taxıl məhsullarına əlçatanlığı çətinləşdirib.

Xatırladaq ki, bu gün ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, "taxıl dəhlizi" müqabilində Rusiyaya qarşı sanksiyalara ləğv etmək fikirləri yoxdur, çünki Rusiya bu məsələdən "silah" kimi istifadə edir və üstəlik, Rusiya vədlərinə əməl edən ölkə deyil.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »