Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran polkovnikini evinin qarşısında İsrail qətlə yetirib" - ABŞ mətbuatı
"İran polkovnikini evinin qarşısında İsrail qətlə yetirib" - ABŞ mətbuatı

Xəbər verildiyi ki, mayın 22-də İran Ordusunun polkovniki Tehrandakı evinin yaxınlığında qətlə yetirilib. İran İslam İnqilabı Keşikçiləri Korpusunda bu qətl terror aktı kimi qiymətləndirilib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, İsrail hakimiyyəti İran ordusunun yüksək rütbəli zabitini "məhv etdikləri" barədə ABŞ-a məlumat verib. Məlumata görə, söhbət İran ordusunun məxfi diviziyasının komandirinin müavini vəzifəsində çalışmış və iddia edildiyinə görə, “dünyanın müxtəlif yerlərində müəyyən insanların öldürülməsi əmri almış” polkovnik Sayad Xodaidən gedir.

Xodai ötən bazar günü Tehranda öldürülüb. Bundan sonra rəsmi Tehran insidentdə İsraili günahlandırıb və ölkənin Milli Təhlükəsizlik Şurası bu qətlə sərt cavab verəcəyini vəd edib.

Xatırladaq ki, Xodai Yaxın Şərqdəki əməliyyatlara cavabdeh idi. Amma onun fəaliyyət sahəsinin bununla məhdudlaşmadığı iddia edilir. Amerika nəşri "New York Times" qəzeti iddia edir ki, polkovnikin “hədəfləri arasında Avropa, ABŞ, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirliklərindən olan rəsmilər də olub”. İddia edilir ki, mərhum polkovnik həmin şəxsləri "aradan götürmək" əmri alıbmış. İsrail də məhz bu iddiaları əsas götürərək polkovnikin qətlinə qərar verib.

Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti mayın 22-də Tehran küçələrindən birində öldürülüb. Sui-qəsd zamanı o, avtomobillə evinə gedirmiş və yaşadığı binanın girişində güllələniv. Xodai motosikletdə olan iki nəfər tərəfindən odlu silahla vurulub. Cinayətkarlar SEPAH zabitinə 5 dəfə atəş açıblar.

SEPAH polkovnik Sayad Xodainin qətlini terror aktı kimi qiymətləndirib.

İsrail polkovnikin qətlində iştirakını rəsmən təsdiqləmir. ABŞ mətbuatı öz mənbələrinə istinadən xəbər verir ki, İrail İran polkovnikini öldürməsi barədə hesabatı ABŞ hökumətinə təqdim edib.

Qeyd edək ki, bu, İsrail kəşfiyyatı tərəfindən İran zabitlərinin qətlə yetirilməsi ilə bağlı ilk hadisə deyil. Əvvəllər də belə hadisələr çox yaşanıb. Bir çox hallarda İsrail İran zabitlərinin qətlini təşkil etdiyini rəsmən etiraf edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »