Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə davam edərsə, Azərbaycanda da ərzaq problemləri qaçılmazdır"
"Müharibə davam edərsə, Azərbaycanda da ərzaq problemləri qaçılmazdır"

Macarıstanın baş naziri Viktor Orban çıxış edərək ölkədə "müharibə vəziyyəti" ilə əlaqədar fövqəladə vəziyyəti elan edildiyini açıqlayıb. Ölkə həmçinin Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiyaalr paketinə də veto qoyub.

“Macarıstanda qlobal iqtisadiyyatdakı, xüsusən də Rusiyadakı müharibə ilə əlaqədar olaraq fövqəladə vəziyyətin elan olunması təsadüfi deyil. Macarıstan Avropa Birliyinin o ölkələrindəndir ki, Rusiyadan enerji daşıyıcılarж və digər sarıdan olduqca asılı vəziyyətdədir. Yəni ümumən götürəndə Avropa Birliyi ölkələrinin demək olar ki, hamısı Rusiyadan enerji daşıyıcılarından asılı vəziyyətdədirlər. Amma bunların içində bəziləri var ki, Rusiyadan enerji daşıyıcıları birdən-birə kəsilərsə, bu həmin ölkələrin iqtisadiyyatının dərhal dağılması, defolt nəticə əldə edilməsi və ölkənin qısa bir müddətdə fövqəladə vəziyyətə düşməsi ilə nəticələnə bilər. Macarıstan belə ölkələrdəndir. Təsadüfi deyil ki, Rusiyaya qarşı Avropa Birliyinin hazırladığı və tətbiq etməyə çalışdğı 6-cı sanksiyalaк paketi bilavasitə Macarıstanda ilişшb qalıb. Macarıstan buna мeto qoyub. Və nəticədə sayca 6-cı sanksiyalar paketi qəul edilə bilmir. Yəni havadan asılı vəziyyətdə qalıb.

Macarıstan haqlı tələb irəli sürüb ki, “hamılıqla Rusiyanın enerji daşıyıclarından imtina edirik, bəs builavasitə Macarıstan kimi Rusiyadan 90-95 faiz həcmində enerji daşıyıcllarının və digər sahələrindən asılı olan ölkələr alternativ olaraq hansı variantı seçə bilərlər? Nə təklif olunur? Ortaya hansı variant qoyulur? Ələbəttə ki, bu haqlı sualdır. Və buna görə də, Macarıstanda fövqəladə vəziyyətin elan edilməsi belə götürəndə hardasa gözlənilən idi”.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov danışıb. Onun sözlərinə görə, halhazırda vəziyyət deməyə əsas verir ki, əgər brlə davam edərsə, yəni Rusiya-Ukrayna müharibəsi davam edərsə, nətəcədə Macarıstan kimi qeyd olunan səbəblərə görə, fövqəladə vəziyyət elan edən ölkələrin sayı getdikcə artacaqdır.

Pərviz Heydərov Pərviz Heydərov

Çünki Rusiya Ukrayna müharibəsi davam etdikdə, vəziyyət pisləşir, inflyasiyanı saxlamaq mümkün deyil. Enerji daşıyıcıları Rusiyaya sanksiyalar gücləndirildikcə, bahalaşmaqda davam edir. Enerji daşıyıcılarının bahalaşması da digər iqtisadi sfraalrda qiymətləri qaldırır. Nəticədə də təklif tələbi ödəmir. Dünya iqtisadiyyatı üzrə istehsal dalan dirənir. “Təsəvvür edin ki, bu günlərəd ABŞ-da yanacağın qiyməti rekord bir səviyyəyə gəlib çatmıb. Bu isə o deməkdir ki, əhalinin alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya alovlanır və nəticədə iqtisadiyyatda ressesiya proseslərinin başlanması üçün müvafiq şərait yaranır.

Yəni ərzaq bazarında da yaranan vəziyyəti nəzərə alsaq, Macarıstan kimi ölkələrin sayı, yəni fövqəladə vəziyyə elan edən ölkələrin sayının artacağı kifayət qədər realdır”,- deyən eskpert bildirir ki, o ki, qaldı Azərbaycana, biz enerji daşıyıcıları sarıdan asılı vəziyyətdə olan ölkələr siyahısında deyilik. Bu bizim ən böyük xoşbəxtliklərimizdən biridir.

Onun fikrincə, Azərbaycan Avropa Birliyi ölkələri kimi enerji daşıyıcıları sarıdan kənardan asılı vəziyyətdə olsaydı, onda bizdə bu gün vəziyyət hansı halda idi, onu düşünmək belə çətin olardı. Hələ enerji daşıyıcıları sarıdan asılılıq olamdığı halda bizdə inflaysiya yüksək səviyyədədir. Qiymətlər qalxmaqda davam edir. Azərbaycanda böhran əlamətləri açıq hiss olunur: “İndi təsəvvür edin, biz enerji daşıyıcları ixrac edən deyil, idxal edən ölkə olsaydıq, onda bizdə hansı vəziyyət hökm sürərdi.

Azərbaycanda sadəcə olaraq, narahatlıq doğuran məqam ondan ibarətdir ki, ərzağın qiyməti artmaqda davam edir. Qarşıda ölkəmizi ciddi ərzaq böhranı, xüsusən də buğda sarıdan ciddi problemlər gözləyə bilər. Çünki biz istehlak bazarında idxaldan asılı vəziyyətdə olan ölkəyik. Və biz ərzaq məhsullaırnı xüsusən də ərzaqlıq buğda, taxıl, un kənardan idxal olunur. Bu sahədə isə, hazırda dünyada vəziyyətin necə olduğu məlumdur”.

İqtisadçı qeyd edib ki, qarşıdan biçin dövrü gəlir. Bu, müəyyən bir müddət dünyada yaşanan taxıl böhranını buğda sarıdan vəziyyətin kifayət qədər kritik olduğunu hiss etdirməyəcək. “Yəni hardasa sentyabr-oktybara qədər bu sahədə hər hansı bir çətinlik hiss etməyəcəyik. Amma Rusiya-Ukryana müharibəsi davam edərsə və qlobal iqtisadiyyatda ərzaq sarıdan böhran dərinləşərsə, o zaman ölkəmizin də ilin sonuna müəyyən ərzaq məhsulları sarıdan problemlərlə qarşılaşması qaçılmazdır”,- deyə o əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »