Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boris Conson istefa verəcəkmi: "Dərsimizi aldıq"
Boris Conson istefa verəcəkmi: "Dərsimizi aldıq"

Böyük Britaniyanın Baş naziri Boris Conson 2020 və 2021-ci illərdə pandemiya qaydalarını kobud şəkild pozduğu aşkar edildikdən sonra "baş verənlərdən kədərləndiyini" bir daha təkrarlayıb.

Bizimyol.info xəbər verir ki, əvvəlcə İcmalar Palatasında millət vəkillərinin, daha sonra “Dauninq-strit”dəki Baş nazirin ofisində mətbuatın suallarını cavablandıran Conson “Partygate” skandalı adlanan hadisə ilə bağlı deyib: “Biz mövcud təcrübədən dərsimizi aldıq”.

Conson "baş verənlərdən təəssüfləndiyini" deyib və əlavə edib ki, “Partygate” hesabatında "bir sıra uğursuzluqlar müəyyən edilib". Consoz polis məmuru Sue Grey tərəfindən təmizlik və təhlükəsizlik işçilərinə qarşı "hörmətsiz və pis rəftar" təfərrüatlarının açıqlanmasından "dəhşətə düşdüyünü" söyləyib.

"Təmizlik işçiləri ilə baş verənlər tamamilə qəbuledilməzdir və mən şəxsən onlardan üzr istəyirəm",- deyə Conson bildirib. Baş nazirlikdəki hadisələrin iş görüşməsi olduğunu düşündüyünü ifadə edən Conson “inanıram ki, bunlar iş görüşmələridir. Bu mənim işimin bir hissəsi idi. Görünür, bu fikir təsdiqlənib, çünki mən bu hadisələrə görə cəza almamışam. Hesabatda adları çəkilən insanlar haqqında şərh vermək istəmirəm. Bununla belə, məncə, adı çəkilən və ya edilməyən hər kəs ibrət dərsi almalıdır”,- deyə əlavə edib.

Mətbuat konfransı zamanı istefa vermək fikrində olub-olmadığını soruşduqda Conson deyib: “Hazırda mənim işim öhdəliklərimizi yerinə yetirməkdir. İnanıram ki, davam etmək mənim borcumdur. Biz irəli getməliyik, hökumət də irəli getməlidir. Biz çətin işləri görməyə davam edəcəyik. Açığını deyim ki, hamımız səhvlər etdik və onlardan dərs almalıyıq”.

Qeyd edək ki, Conson da daxil olmaqla hökumət işçilərinin karantin məhdudiyyətlərini pozaraq toplaşdığı Partygate hadisələri haqqında tam hesabat dünən yayımlanıb. Hesabatı hazırlayan polis məmuru Qrey Covid-19 məhdudiyyətlərinin pozulduğunu açıqlayıb.

“Partygate” qalmaqalı daxilində 16 fərqli hadisənin araşdırıldığı hesabatdakı təfərrüatlara görə, tədbirlərə çoxlu adam qatılıb, qaydalar pozulub, həddindən artıq spirtli içki qəbulu və dava-dalaş olub, təhlükəsizlik və təmizlik işçilərinə hörmətsizlik və pis rəftar edilib.

Hesabatı hazırlayan Qrey deyib: “Həm siyasi, həm də yüksək səviyyəli rəhbərlik bunun məsuliyyətini öz üzərinə götürməlidir”.

Bəzi hadisələrin varlığının ona ancaq mətbuatda çıxan xəbərlər vasitəsilə çatmasından məyus olduğunu deyən Qrey, “hadisələrin mənə hissə-hissə çatdırıldığını nəzərə alsaq, araşdırma mövzusu olmayan hadisələrin baş verməsi mümkündür”,- deyə bildirib.

Digər tərəfdən, bu həftə mətbuatda Consonun iş görüşməsi olduğunu iddia etdiyi tədbirlərə qatıldığını sübut edən yeni fotolar yer alıb. Consonun 19 iyun 2020-ci ildə ad günü şənliyində və 13 noyabr 2020-ci ildə xüsusi müşavirinin şənliyində iştirak etdiyi məlum olub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »