Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç Aİ ölkəsi Ukrayna və Rusiyanın sülh danışıqlarına tərəfdardır
Üç Aİ ölkəsi Ukrayna və Rusiyanın sülh danışıqlarına tərəfdardır

İtaliya və Macarıstan Aİ-ni Ukraynada atəşkəsə nail olnağa, işğalçı ölkə ilə sülh danışıqlarına dair aydın öhdəlik götürməyə çağırıb. Bu bəyanat növbəti sammit ərəfəsində Moskvaya qarşı sərt tədbirlər tətbiq etməyə çalışan digər üzv dövlətlərin mövqeləri ilə ziddiyyət təşkil edir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mayın 30-31-də keçiriləcək sammitə hazırlanan 19 may tarixli yekun bəyanat layihəsində deyilir ki, Avropa İttifaqı “Ukraynaya Rusiyanın təcavüzünə qarşı özünümüdafiə üçün ayrılmaz hüququnu həyata keçirməyə kömək etmək öhdəliyində güzəştsiz” kimi xarakterizə edir. Sülh danışıqlarından bəhs edilmir.

Cümə günü (mayın 20-də) Aİ nümayəndələrinin görüşündə İtaliya səfiri mətnin dəyişdirilməsini təklif edərək, bunun sülh danışıqlarına aid edilməli olduğunu və dərhal atəşkəsin AB-nin əsas məqsədlərindən birinə çevrilməsini təklif edib.

Bu təklif Avropa İttifaqının Rusiyaya qarşı uzun müddətdir daxili fikir ayrılıqları səbəbindən bloklanan yeni sanksiyalar paketini ən çox tənqid edən ölkələr sırasında olan Macarıstan və Kipr tərəfindən dəstəklənib. Macarıstan planlaşdırılan neft embarqosuna qarşıdır, Kipr isə Rusiya vətəndaşlarına daşınmaz əmlak satışına təklif edilən qadağadan narahatdır.

Eyni zamanda, Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə axşamı Davosda keçirilən forumda çıxışı zamanı Rusiya ilə bağlı “hücum” mövqe nümayiş etdirib və sülh danışıqlarından bəhs etməyib: "Ukrayna bu müharibədə qalib gəlməlidir və Putinin təcavüzü strateji uğursuzluq olmalıdır", - deyə qeyd edib.

“Avropa İttifaqı sammitinin son yekun layihəsində Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək qabiliyyətini gücləndirmək öhdəliyinə sadiq qalır”, - deyə bildirib.

Diplomatların fikrincə, Baltikyanı ölkələr, Polşa sərt xəttin ən güclü tərəfdarları sırasındadır və Latviya hərbi dəstəyi artırmaq üçün daha aydın ifadələr tələb edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »