Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: Rusiya ABŞ-a cavab tədbirləri kompleksi hazırlayır
Zaxarova: Rusiya ABŞ-a cavab tədbirləri kompleksi hazırlayır

Rusiya Federasiyası ABŞ-ın sanksiyalarına cavab tədbirləri kompleksi hazırlayır.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Mariya Zaxarova Mariya Zaxarova

“Biz indi bir sıra cavab tədbirləri hazırlayırıq, artıq ilk anlaşma var, lakin bütün maraqlı tərəflərlə razılaşma olmadan bu barədə danışmaq istəməzdim. Mən bu intriqanı tamamilə çəkmək istədiyim üçün yox, həqiqətən də öz bölgələrində bu məsələlərə cavabdeh olan hər kəslə bu barədə razılaşdığımız üçün”, - deyə o, Birinci Kanalda bildirib.

Onun sözlərinə görə, ABŞ prezidentinin hazırkı administrasiyasında əsas vəzifələrdə kütləvi şəkildə icraçılar kardlarının çatışmazlığı yaşanır.

“Birləşmiş Ştatlar Prezidentinin bu administrasiyasında bəzi vəzifələrdə çalışmaq üçün kadr çatışmazlığı yaranıb, insanlar onlarla işləmək istəmirlər. Bunun bizə - Rusiyaya heç bir aidiyyatı yoxdur, bu, bizdən asılı deyil, onlarda nəsə səhv olub”, - deyə XİN rəsmisi qeyd edib.

Belə bir kütləvi köç ABŞ üçün xarakterikdir. Mən administrasiyanı nəzərdə tuturam. Adətən haradasa, təxminən üçüncü il başa çatanda, dördüncü il başlayanda qaçır. Burada indi müddətin yarısı keçməmiş komandada boşluq yaranıb. Administrasiyanın yalnız üçdə biri vəzifəsini icra edir və əsas vəzifələrdə heç kim öz yerində deyil.

Zaxarova diqqəti prezident Co Bayden administrasiyasının gündəliyinin əsasını təşkil edən şəxslərin olmamasına yönəltdi: “Əgər onlar yoxdursa, deməli, gündəliyi həyata keçirəcək heç kim yoxdur”, - deyə diplomat əlavə edib.

Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirmişdi ki, ABŞ Ukraynada Rusiyanın xüsusi əməliyyatı dayandırılana qədər Rusiya Federasiyasına qarşı qeyri-ərzaq məhdudiyyətlərini ləğv etməyəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »