Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın cinayətlərini araşdıracaq qrup yaradılıb
Rusiyanın cinayətlərini araşdıracaq qrup yaradılıb

Avropa İttifaqı, ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı apardığı genişmiqyaslı müharibə zamanı hərbi cinayətlərə görə günahkarların məsuliyyətə cəlb edilməsi istiqamətində səyləri əlaqələndirmək üçün "Atrocity Crimes Advisory Group" (ACA) yaradıb.

Bizimyol.info xəbər verir ki, bu bəyanatı ABŞ Dövlət Departamenti yayıb.

"ACA Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsi kontekstində vəhşilikləri təqib etmək üçün Aİ, ABŞ və Böyük Britaniya tərəfindən davam edən səyləri gücləndirəcək. Qrup bu məsələdə beynəlxalq dəstək və həmrəylik nümayiş etdirmək üçün Aİ, ABŞ və Britaniyanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. Bu baş verənlərin miqyasının aşkar edilməsi baxımından Ukrayna üçün mühüm tarixi hadisədir”, - deyə mesajda bildirilir.

ACA-nın əsas missiyası Ukrayna Baş Prokurorluğunun bölmələrinə hərbi cinayətlərin araşdırılmasında dəstək olmaqdan ibarətdir.

Qrupun yaradılmasını şərh edən Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrell Rusiyanın Ukraynaya əsassız hərbi təcavüzü zamanı törədilmiş dəhşətli vəhşiliklərə görə günahkarların hamısının məsuliyyətə cəlb olunmasının təmin edilməsinin vacib olduğunu bildirib. "Müharibə cinayətlərinə görə cəzasızlıq ola bilməz. Hər kəs törətdiyi cinayət əməllərinin məsuliyyətini daşıyacaq və cəzasını alacaq", - deyə Borrell qeyd edib.

ABŞ Dövlət Katibi Entoni Blinken: “Bu təşəbbüs Rusiya hərbçiləri tərəfindən Ukraynada törədilən müharibə cinayətləri və digər vəhşiliklərin sübutlarını sənədləşdirmək, qorumaq, təhlil etmək üçün Baş Prokurorluğun səylərini birbaşa dəstəkləyəcək”, - deyə qeyd edib.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass: “TərəflərUkraynada törədilmiş dəhşətli vəhşiliklərdə günahkar olanların mühakimə olunmasını təmin etməkdə qərarlıdırlar”, - deyə vurğulayıb.

Ukraynanın baş prokuroru İrina Venediktova vurğulayıb ki, Rusiya qoşunlarının Ukraynada mülki şəxslərə, o cümlədən uşaqlara qarşı törətdiyi vəhşiliklərə dair çoxlu sübutlar var: "Bu dəstək qrupunun yaradılması, digər beynəlxalq cinayət tribunallarında, milli cinayət hüququna əsaslanan təcrübəyə malik beynəlxalq ekspertlərin verəcəyi məsləhətlər komandamıza bu cinayətləri araşdırmaq və döğru ittihamlar irəli sürməyə kömək edəcək", - deyə bildirib.

Mayın 24-də Ukraynanın daxili işlər naziri Denis Monastırski Ukraynada 20 mindən çox hərbi cinayətin qeydə alındığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »