Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kuleba Rusiyaya qarşı altıncı sanksiyalar paketinin təsdiqlənməməsindən məyusdur
Kuleba Rusiyaya qarşı altıncı sanksiyalar paketinin təsdiqlənməməsindən məyusdur

Ukrayna Avropa İttifaqının Rusiyaya qarşı altıncı sanksiyalar paketinin tətbiqini hələ də təsdiqləməməsindən məyusdur.

APA xəbər verir ki bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib.

Ukrayna XİN başçısı deyib ki Macarıstan bu addıma “de-fakto” veto qoyur və sanksiyalar "havada asılı" qalıb.

Kuleba tərəfdaşlarına Kiyevin daha çox silaha ehtiyacı olduğunu vurğulayaraq deyib ki, Ukrayna və Rusiya orduları arasında ən böyük fərq məhz çoxtutulmalı raket sistemləri (MLRS) ilə bağlıdır.

O bildirib ki, əsas diqqət bu sistemlərin təminatına yönəldilməlidir.

Kuleba qeyd edib ki, Ukrayna bu silahları almaq üçün müxtəlif ölkələrlə danışıqlar aparır.

Son xəbərlər
Bütün xəbərlər »