Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə iştirakçısı olmasından sui-istifadə etdi, “döyüldüyü” təəssüratı yaratdı - Video
Müharibə iştirakçısı olmasından sui-istifadə etdi, “döyüldüyü” təəssüratı yaratdı - Video

Sosial şəbəkələrdə Suraxanı Rayon İcra Hakimiyyətində guya Vətən Müharibəsi iştirakçısının döyülməsi haqda məlumat yayılıb. İddiaya görə, 3-cü qrup əlil Hikmət Əsgərov Suraxanı rayonu ərazisində alınmış 3 sot torpaqda ev tikmək istəyib, amma Suraxanı RİH-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən evi söküb, qazini isə döyüblər.

Məsələ ilə bağlı Demokrat.az-a Suraxanı RİH-dən bildirilib ki, səslənən iddialar böhtandır.

Məlumata görə, Gədəbəy rayonu, Daryurd kəndində qeydiyyatda olan Hikmət Əsgərov Vətən müharibəsi iştirakçısı olmasından sui-istifadə edərək Suraxanı rayonu ərazisində özbaşına tikinti aparılması məqsədilə müxtəlif vətəndaşlara himayədarlıq edib.

Suraxanı RİH yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləri tərəfindən rayon ərazisində keçirilən reyd zamanı məlum olub ki, H.Əsgərov Hövsan qəsəbəsi Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsində heç bir hüquq müəyyənedici sənədlər olmadan özbaşına tikinti işləri aparır.

Polis əməkdaşlarının iştirakı ilə tikintinin qarşısı alınıb və H.Əsgərova tövsiyə olunub ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3. bəndinə tələblərinə əsasən, işləri dayandırsın.

İcra Hakimiyyətindən bildirilib ki, H.Əsgərova komissiya üzvləri tərəfindən heç bir fiziki təzyiq göstərilməyib və o “döyüldüyü” təsəvvürü yaratmaq üçün özünə qəsdən xəsarət yetirib.

Hadisə yerindən çəkilmiş videodan da aydın görünür ki, H.Əsgərova qarşı heç bir zorakılıq edilməyib, o özü-özünə zərbələr endirir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »