Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 50 il əvvəl istehsalı dayandırılmış tankları döyüşə atmağa məcbur olub
Rusiya 50 il əvvəl istehsalı dayandırılmış tankları döyüşə atmağa məcbur olub

Müharibənin üç ayı geridə qalıb. Rusiya ordusu gözlənilməz müqavimətlə üzləşib. İtkilərin sayı-hesabı yoxdur.

Ukrayna silahlı qüvvələri hücum edən tərəfin təkcə 1300-dən çox tankını sıradan çıxarıb. Həyatını itrən rusiyalı hərbçilərin sayı 30 min nəfərə çatıb. Mütəxəssislər Rusiyanın bu gedişlə uzağı bir il döyüşə biləcəyini proqnozlaşdırır. Yeni hərbi texnika istehsal olunmur. Sanksiyalar hətta yaxın gələcək üçün də planlar qurmağa imkan vermir. Müharibənin bu sürətlə davamı Rusiyaya yaxşı heç nə vəd etmir.

Bizimyol.info xəbər verir ki, Kremlin resursları tükənir. Şimal dövləti SSRİ-nin istehsalını 50 il əvvəl dayandırdığı tankları döyüşə atmaq məcburiyyətində qalıb. Rusiya ordusunun Rostov vilayətində hərbi karvanı ilə bağlı yayılan videoda T-62 tanklarları gözə dəyib. Məlumatda hərbi texnikanın Krımın Novoozyornoe qəsəbəsinə yola düşdüyü bildirilir.

Təsəvvür edin, SSRİ bu tankların istehsalını hələ ötən əsrin 70-ci illərində dayandırmışdı. Texnikanın müasir standartlara cavab vermədiyi heç şübhəsizdir. Rusiya ordusu T-62-lərin xidmətinə axırıncı dəfə 14 il əvvəl müraciət etmişdi. 2008-ci ilin avqustunda SSRİ texnikası Gürcüstanda görünmüşdü. Hələ onda T-62-lərin bir işə yaralamadığı məlum olmuşdu. Rusiya o qədər çətin vəziyyətə qalıb ki, vaxtı çoxdan keçmiş tanklarları üzə çıxarmağı qərara alıb.

Rusiya mediasının arxivlərinə göz atanda maraqlı nüans ortaya çıxır. Kreml hələ 2013-cü ildə T-62-lərin istifadəsini birdəfəlik dayandırmağı planlaşdırıbmış. Amma texliklə Krım və Donbassın ələ keçirilməsi gündəmə gəldiyindən, məsələ təxirə salınıb. İndi isə başqa reallıq özünü göstərir. Rusiya ordusu yararlı tanklarının az qala yarısını itirib. Müharibə daha üç ay davam etsə, döyüş meydanında böyük çətinlik yaranacaq. T-62-lər, heç olmasa, maket rolunu oynamalıdır. Kreml üçün ordunu qüdrətli göstərmək çox vacibdir. Ən azı daxili publikaya güclü görünmək, hər şeyin qaydasında olduğu mesajını vermək lazımdır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »