Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Növbəti həftə Luqansk vilayəti üçün həlledici olacaq - Qaydai
Növbəti həftə Luqansk vilayəti üçün həlledici olacaq - Qaydai

Rus işğalçıları Donbasda cəmləşərək bütün mümkün qüvvələri Luqansk bölgəsinə səfərbər ediblər. İşğalçılar bölgəni kütləvi şəkildə atəşə tuturlar. Qarşıdakı həftə region üçün həlledici olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə milli telemarafonun efirində Luqansk vilayət rəhbəri Sergey Qaydai məlumat verib.

Onun sözlərinə görə, Luqansk vilayətində çoxlu sayda işğalçı döyüşür, lakin işğalçıların şəxsi heyəti sonsuz deyil. İşğalçılar artıq tükənir. Onlar da hamı kimi güllə ilə ölürlər. Yalnız onların çox olmasıdır. Döyüşçülərimiz sadəcə şoka düşüblər ki, hamamböcəyi kimi bütün çatlardan çıxıb qaçırlar. Amma məncə gələn həftə yenidən geri dönəcəklər", - deyə Qaidai bildirib.

Vilayət Administrasiyasının rəhbəri qeyd edib ki, Severodonetskin kənarında ağır döyüşlər gedir, ona görə də “vəziyyət çox çətindir”. Şəhərə havadan bombalar atılır, "qrad" və "smerç"lərlə artilleriya atəşi açılır.

"Rusiya qoşunları artıq kifayət qədər yaxınlaşıblar, ona görə də minaatanlardan da atəş aça bilirlər. Şəhər daima, gecə-gündüz dağıdılır. Şəhərdə vəziyyət çox ağırdır. Dünən döyüşlər şəhərin kənarında gedirdi, bu gün daha da irəliləyiblər", - deyə o, bildirib.

Qaydai bildirib ki, rus diktatoru Vladimir Putin Luqansk vilayətini işğal etmək üçün hər şey etməyi əmr edib. O, qeyd edib ki, buna görə də Mariupol, Xarkov və Donetsk vilayətinə Rusiya qoşunu genişmiqyası ühcum planı həyata keçirir.

Bundan əvvəl Sergey Qaydai Luqansk vilayətinin təxminən 10%-nin Ukraynanın nəzarəti altında olduğunu bildirmişdi: "Luqansk vilayətində sonuncu qazpaylayıcı stansiyası bağlanıb. İndi su və işıq çatışmazlığından əlavə, ərazi tamamilə qazsız qalıb", - deyə o qeyd etmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »