Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrükçülərimiz Çarlston şəhərində keçirilən təlimdə iştirak ediblər
Gömrükçülərimiz Çarlston şəhərində keçirilən təlimdə iştirak ediblər

Dövlət Gömrük Komitəsinin əməkdaşları ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində “Beynəlxalq dəniz limanı qadağaları” adlı təlimdə iştirak ediblər.

Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə Beynəlxalq İxrac Nəzarəti Proqramı çərçivəsində təşkil olunan təlimə Dövlət Gömrük Komitəsinin 10 əməkdaşı qatılıb.

Təlim prosesində “ABŞ Gömrük və Sərhəd Mühafizəsi”, “Çarlston dəniz limanı”, “Dəniz limanında təhlükəsizlik”, “Hədəf seçmə”, “Gəmilərin yoxlanılması” mövzularında təqdimatlar nümayiş etdirilib.

Azərbaycan gömrükçülərinə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin tərkibinə daxil olan Gömrük və Sərhəd Mühafizəsinin (GSM) vəzifəsi, fəaliyyəti, Çarlston limanının fəaliyyətinin təşkili qaydası, dəniz limanında təhlükəsizliyə təhdidlər və onlardan qorunmanın yolları, hədəf seçərkən təhlil olunan informasiyanın və sənədlərin növləri, yoxlama məqsədilə yüksək riskli gəmiləri hədəf seçmək üçün istifadə olunan məlumatlar və proqramda nəzərdə tutulan digər mövzularda bilgi verilib.

Gömrükçülərimiz Çarlston şəhərində keçirilən təlimdə iştirak ediblər

Bundan başqa, iştirakçılara “Dəniz limanında ixrac əməliyyatları”, “Kütləvi qırğın silahları”, “Daxili sövdələşmələr”, “Konteyner plombları və avadanlığı”, “Yük konteynerlərinin yoxlanılması”, “Milli Hədəf Mərkəzi”, “ABŞ Sahil Mühafizə Dəstəsi: Azadlıq Qalxanı”, “İdarələrarası Əməliyyatlar Mərkəzi”, “GSM Laboratoriyaları və Elmi Xidmətləri” mövzusunda təqdimatlar nümayiş etdirilib.

GSM Laboratoriyaları və Elmi Xidmətlərinin (LEX) rolu və onun imkanları, elmi işçilərin fəaliyyət konsepsiyası, LEX-in səyyar əməliyyatlar sistemi, istifadə olunan elmi araşdırma alətlərinə dair məlumatlar da təlimin gündəliyində yer alıb.

Beşgünlük  təlim çərçivəsində Azərbaycan gömrükçüləri Çarlston dəniz limanında GSM əməkdaşları tərəfindən istifadə olunan texniki nəzarət vasitələri, konteynerlərin və qaçaqmal faktları aşkar olunmuş malların gizli saxlanc yerləri ilə əyani şəkildə tanış olublar.

Daha sonra CSM tərəfindən malların, nəqliyyat vasitələrinin yoxlanılması üçün istifadə olunan gömrük anbarına səfər təşkil olunub, təlim iştirakçıları gömrük anbarındakı malların yoxlanılması prosesində də iştirak ediblər.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Gömrükçülərimiz Çarlston şəhərində keçirilən təlimdə iştirak ediblər

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Son xəbərlər
Bütün xəbərlər »