Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsveç və Finlandiyaya qarşı təkcə Türkiyə çıxış etmir"
"İsveç və Finlandiyaya qarşı təkcə Türkiyə çıxış etmir"

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib ki, Finlandiya və İsveç nümayəndə heyətləri Türkiyənin NATO üzvlüyünə qarşı çıxması məsələsini müzakirə etmək üçün Ankaraya göndəriləcək. Çərşənbə axşamı Davosda Dünya İqtisadi Forumunda açıqlama verən Haavisto, "Həm biz, həm də İsveç nümayəndə heyətlərimiz Ankaraya nümayəndə heyətlərimizi göndəririk. Bu, bu gün baş tutacaq. Ona görə də dialoq davam edir" deyib. "Biz başa düşürük ki, terror kimi bəzi məsələlər Türkiyənin təhlükəsizlik problemləri ilə bağlıdır. Düşünürəm ki, bu problemlər həll edilə bilər" - deyə Haavisto bildirib.

Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı daha əvvəl Ərdoğan"Hər iki ölkənin terror təşkilatlarına qarşı açıq və birmənalı münasibəti yoxdur. Türkiyəyə sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmasına “hə” deyə bilmərik” demişdi.

“Hal-hazırda İsveç və Finlandiyanın NATO-ya üzv olma məsələsi Türkiyənin rəyindən asılıdır çünki, NATO nizamnaməsinə görə üzv olan ölkələrdən biri belə veto hüququndan istifadə etsə, namizəd ölkə üzv olaraq qəbul edilmir. Türkiyənin bu istiqamətdəki mövqeyində haqlıdır. Bildiyiniz kimi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə dedi ki, Skandinaviya ölkələri terror yuvasına çevrilibdir. İsveç, Finlandiya PKK-nı terror təşkilatı olaraq tanımasa və bu ölkədəki terorçuları Türkiyəyə təhvil verməsə Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı olacağını açıqca qeyd etdi”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Turan Rzayev danışıb. Politoloq hesab edir ki, bu Türkiyənin milli maraqlarına uyğun atılan bir addımdır və doğrudur. Onun sözlərinə görə, Türkiyənin məqsədi heç də İsveç və Finlandiyanın NATO-ya daxil olmasının qarşısını almaq deyil.

Turan Rzayev Turan Rzayev

"Ümumiyyətlə bu yanaşmanı sərgiləyənlər də var, amma bu doğru deyil. Türkiyə üçün bu iki ölkə və ya bir başqa ölkənin NATO-ya daxil olması elə bir əhəmiyyəti yoxdur. Ərdoğan sadəcə qeyd edir ki, Türkiyənin milli maraqlarına uyğun olaraq, NATO-da addım atmalıdır. Çünki, Türkiyə NATO ölkəsidir və NATO-nun ikinci ən böyük ordusuna sahib ölkədir. 30 ilə yaxındır ki, Türkiyə həm ölkə daxilində, həm də ölkə xaricində PKK, YPK və PYD terrorçu təşkilatlarına qarşı mübarizə aparır. Apardığı bu mübarizənin bu gün davam etməsinin əsas səbəbi Skandinaviya ölkələrində həmin terorçulara maliyyə dəstəyinin ayrılması, onların himayə edilməsi və təşkilatlanmasında göstərilən dəstəkdir. Bu baxımdan Ərdoğan bu tələbində haqlıdır. Və əslinə qalsa NATO maraqlarına görə addımdır" - deyən Turan Rzayev bildirir ki, bu gün həlak olan bir Türk əsgəri həm də bir NATO əsgəridir. Və bu baxımdqn Türkiyənin buradakı mövqeyini doğru qiymətləndirə bilərik.

“Digər tərəfdən mən təkcə Türkiyənin bu məsələyə narazı olduğunu deməzdim. Çünki hazırda belə bir yanlış anlaşma var ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasını istəmir. Xeyr. Ötən gün belə bir xəbər də var idi. Xorvatiya prezidenti Zoran Milanoviç dedi ki, Balkanlardaki problemlər bitməmiş biz Finladiya və İsveçin NATO-ya üzv olmasını istəmirik. Hətta onu da Rusiya tərəfdarı olaraq ittiham edənlər olmuşdu. Amma o dedi ki, mən Rusiyapərəst deyiləm. Sadəcə, mövcud problemlər həll edilməmiş əlavə ölkələrin təşkilata daxil edilməsinə qarşıyıq. Daha sonra biz Macarıstanın da əslində qalsa, Türkiyəni dəstəklədiyini və onun da Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəmədiyini görürük”,- deyən politoloq bildirir ki, görünən mənzərər odur ki, narazı təkcə Türkiyə deyil, digər NATO ölkələri də var ki, artıq yavaş yavaş səsləri çıxır.

“Türkiyə prezidentinin İsveç və Finlandiyaya qarşı haqlı tələbi Qərb dövlətlərinin Türkiyəyə təzyiq etməsinə gətirib çıxara bilərmi?” sualına cavabında politoloq qeyd edib ki, Türkiyə burada milli maraqları naminə davranır: "Bu istiqamətdə İsveçin, Finlandiyanın və ya başqa bir ölkənin Türkiyəyə bu və ya başqa formada təzyiq etməsi normal deyil. Və bunun heç bir hüquqi və siyasi əsası yoxdur".

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »