Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müharibə 70-dən çox ölkədə iflasa və iğtişaşlara səbəb ola bilər
Müharibə 70-dən çox ölkədə iflasa və iğtişaşlara səbəb ola bilər

Ukraynada müharibənin yaratdığı və ya şiddətləndirdiyi ərzaq, yanacaq, maliyyə böhranları daha kasıb ölkələrdə iğtişaşlara səbəb ola bilər. Həmçinin hazırkı vəziyyət 70-dən çox ölkəndə defolta səbəb olmaq təhlükəsi yaradır.

Bizimyol.info xəbər verir ki, “The Wall Street Journal” verdiyi məlumata görə, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda BMT İnkişaf Proqramının administratoru Acim Steiner deyib.

"Biz böhranın miqyasına uyğun cavab vermək üçün əlimizdən gələni edirik. Bir çox inkişaf etməkdə olan iqtisadiyyatların sadəcə olaraq pulu qalmayıb", - deyə Ştayner bildirib.

Onun sözlərinə görə, yüksək inflyasiya və faiz dərəcələri 70-dən çox ölkədə defolta səbəb ola bilər. Qeyd edilib ki, kütləvi etirazlar fonunda Şri-Lanka artıq defolt elan edib.

Rusiya Ukrayna limanlarını bağlayır, demək olar ki, tamamilə idxaldan asılı olan Misir kimi ölkələrdə sürətlə defisit yaradır və qiymətləri artımına səbəb olur.

Qəzet yazır ki, bunun fonunda bu il taxılın dünya qiyməti 50 faiz artıb və rekord həddə yaxınlaşır. Qarğıdalı 32 faiz, soya 26 faiz bahalaşıb. Bundan əlavə, enerji resursları bahalaşır. Enerji resurslarının qıtlığı isə öz növbəsində təbii qazın istehsalında istifadə olunan avadanlıqların bahalaşması səbəbindən ərzaq inflyasiyasını sürətləndirir.

“Üç başlı enerji, qida və borc hidrası” bir çox inkişaf etməkdə olan ölkələrdə ailə gəlirlərinin və ictimai xidmətlərin çökməsinə gətirib çıxaracaq”,- deyə Açıq Cəmiyyət Birliyinin prezidenti Mark Mallok-Braun bildirib.

Xatırladaq ki, BMT-nin baş katibi bəyan etmişdi ki, Ukrayna müharibəsi qlobal ərzaq böhranına səbəb olub və bu böhran dayandırılmasa, illərlə davam edə bilər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »