Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kiyev Qərbi qorxaqlıqda ittiham edir: "Ukrayna qalib gəlməlidir"
Kiyev Qərbi qorxaqlıqda ittiham edir: "Ukrayna qalib gəlməlidir"

Xarici işlər naziri Dmitri Kuleba Qərbi dəqiq qərar qəbul etməyə çağırıb.

“Onlar Ukraynaya sadəcə olaraq, Rusiyaya qarşı genişmiqyaslı müharibədə sağ qalmağa, yoxsa işğalçı ölkəni məğlub etməkdə kömək edirlər? Çünki ikinci halda Rusiya ixracını sanksiyalarla “öldürmək” lazımdır”. Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib.

Dmitri Kuleba Dmitri Kuleba

"Qərb müharibənin nəticəsinin Ukraynanın qələbəsi olması fikrini qəbul etməlidir. Hətta bizə kömək edən ən yaxşı dostlar belə yardımın nəticəsinin nə olacağına hələ də şübhə edirlər: Ukrayna məğlub olmasın, ya da Rusiyanın dayandırlması üçün… Ukrayna qalib gəlməlidir”,- Kuleba bildirib.

Xarici işlər naziri vurğulayıb ki, işğalçılar hazırda ultra yüksək enerji qiymətləri səbəbindən büdcə profisiti ilə üzləşib. Rusiya Prezidenti Putin “öz dövlətinin maliyyə təhlükəsizliyi və sabitliyi baxımından özünü inamlı hiss edir”.

Müzakirələrdə də iştirak edən prezident Vladimir Zelenski Ukraynanın bu müharibədə "Qərbdən nəyə ehtiyacı var" sualına belə cavab verib: "Qərbin bəzən Rusiyadan daha güclü olduğuna inanmasına və birliyinə ehtiyac var”.

Zelenski qeyd edib ki, Ukraynadakı güc insanların birliyindədir. Bu, müharibənin əvvəlindən ən güclü silah olub. “Bu arada biz bunu Qərbdə hiss etmirik",- deyə o, şikayətlənib.

Volodimir Zelenski və Co Bayden Volodimir Zelenski və Co Bayden

Prezident buna misal olaraq Qərbin Ukrayna səmasını bağlamaqdan imtina etməsini göstərib: "Qərbin özünə güvəni varmı? Güvəni yoxdur. Niyə səmanı bağlamırlar? Bizə dedilər ki, sonra bu Rusiyaya qarşı NATO müharibəsi kimi qəbul ediləcək. O zaman biz dedik ki, “zəhmət olmasa, bizə təyyarələr verin. Bu ki, NATO ilə Rusiya arasında müharibə demək deyil”.

Daha sonra Zelenski Ukraynanın Avropa İttifaqına namizdəlik statusu ilə bağlı danışıb. O, qeyd edib ki, Ukraynanın gələcəyi ilə bağlı Avropada birliyi hələ görmür: “Bu, ədalətlidirmi? Xeyr. Yəni, güclü bir qurum varmı, birləşmiş Qərb? Xeyr. Olanı budur”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »