Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Ukraynada da uşaqları qətlə yetirənlər 18 yaşlı əsgərlərdir
Zelenski: Ukraynada da uşaqları qətlə yetirənlər 18 yaşlı əsgərlərdir

Prezident Vladimir Zelenski enerji pulu ilə Kremlin Ukraynaya qarşı müharibəsini maliyyələşdirdiyini bilə-bilə Rusiyaya qarşı neft embarqosunu dəstəkləməkdən imtina etdiyinə görə Macarıstanı tənqid edib.

Bizimyol.info xəbər verir ki, Zelenski bunu Davosda Ukrayna səhər toplantısı zamanı deyib.

"Biz neft embarqosunu ehtiva edən altıncı sanksiyalar paketinin qəbil edilməsi məcburiyyəti ilə qarşılaşmışıq. Hamı deyir ki, biz bunu qəbul etməsək, bu müddət ərzində Rusiya 200 milyard dollar dan çox gəlir əldə edəcək. Bu da o deməkdir ki, onlar bu qədər böyük həcimli məbləğlərə istənilən silahı ala bilərlər. Bu, neft embarqosunu da əhatə edir. Altıncı paket təqdim olundu? Yox. Niyə? Macarıstanda nəyinsə səhv olduğunu bildirib. Macarıstana görə neft embarqosunda bir şey uyğun deyil. Nədənsə onlar dünyanı görmürdükləindən fəqli mənzərə seyr edirlər”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Budapeşt öz mövqeyini onunla əsaslandırır ki, Rusiya neftindən imtina etmək üçün xeyli vəsait lazımdır.

“Onlara deyirlər ki, Ukraynada insanlar ölür, uşaqlar ölür, öldürülür. Bu gün Texasda olduğu kimi qatillər 18 yaşlılardır. Bizdə də Rusiyadan gətirilən 18 yaşlı əsgərlər sadəcə uşaqlara işgəncə verirlər. Onlara bu haqda danışdılar və deyirlər: hər şey aydındır. Bəs neft haqqında nə demək olar? “Pulu haradan ala bilərik?”, - deyə Zelenski bildirib.

UNIAN-ın xəbər verdiyi kimi, Macarıstanın baş naziri Viktor Orban gələn həftə liderlərin sammitində Aİ-nin Rusiyaya qarşı təklif etdiyi neft embarqosunun müzakirəsinin mümkünlüyünü istisna edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »