Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "Rusiyanın üstünlüyünün qarşısını almaq üçün zaman lazımdır"
Zelenski: "Rusiyanın üstünlüyünün qarşısını almaq üçün zaman lazımdır"

Ukraynada müharibənin tam sürətlə davam etdiyi vaxtda, Kiyev cəbhəsindən bir-birinin ardınca flaş bəyanatlar gəlib. Belə ki, Ukrayna lideri Zelenski ilk dəfə Rusiyanın üstünlüyünü açıq şəkildə izah edib və Ukrayna Baş Qərargahı Moskvanın hücumlarından sonra Rusiyanın yeni hədəfini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Zelenski həftələrdir şiddətli qarşıdurmalara səhnə olan bölgədəki son vəziyyətlə bağlı çoxlu çıxışlar edib.

Rusiyanın Donbas hücumunda “bütün gücündən” istifadə etdiyini bildirən Ukrayna lideri, “orada hər şeyi məhv etmək istəyirlər” deyə etiraf edib. Rusiyanın silah və texnikada üstünlüyünü vurğulayan Zelenski, "bu üstünlüyün qarşısını almaq üçün zaman və fövqəladə güc lazımdır" deyə bildirib.

Xatırladaq ki, dünən Rusiyanın bu bölgədə hərtərəfli hücuma keçdiyi açıqlanıb və Rusiya qüvvələrinin hələ də Ukraynanın nəzarətində olan Luqansk vilayətinin sonuncu böyük şəhəri və Donbasın ən şərq nöqtəsi olan Severodonetski mühasirəyə almaq üçün hərəkətə keçdiyi açıqlanıb.

ABŞ mətbuatının yazdığına görə, əgər uğurlu olarsa, bu addım ərazini müdafiə edən Ukrayna qoşunlarını tələyə salacaq və Rusiyanın Ukrayna hökumətinin şərqdəki əsas inzibati və hərbi mərkəzi olan Kramatorska marşrutunu açacaq. Rusiya, əsgərlərinin bölgəyə üç tərəfdən hücumlar təşkil etdiyi bildirilərkən, bu xəbərləri təsdiqləyən açıqlama Ukrayna Baş Qərargahından gəlib. Ukrayna Baş Qərargahının məlumatına görə, Moskva yeni hücum üçün qüvvələr toplayır.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Oleksandr Motuzyanik açıqlamasında deyib: “Biz Rusiyanın ölkəmizə qarşı genişmiqyaslı təcavüzünün ən aktiv mərhələsində olduğunu müşahidə edirik. Ukraynanın şərq cəbhəsində vəziyyət son dərəcə ağırdır, ölkənin taleyi orada müəyyənləşib”.

Luqansk qubernatoru Sergey Qayday Ukraynanın şərqindəki Lisiçansk və Severodonetsk şəhərlərinin Ukraynanın əlində olan sonuncu şərq əraziləri olduğunu bildirərək, "düşmən Lisıçansk və Severodonetski mühasirəyə almaq üçün səylərini davam etdirir",- deyə açıqlama verib.

Qubernator Qayday bu şəhərlərdə təxminən 15 min insanın yaşadığını da bildirib.

Digər tərəfdən, Rusiyanın müharibədə əsgər itkisi ilə bağlı çoxlu müxtəlif məlumatlar var. Ukrayna iddia edir ki, müharibə başlayandan bəri 30 mindən çox rus əsgəri həlak olub. Moskva isə mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib. Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar yenilənməyib.

Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim etsə də, yerli hökumətlərin və qəzetlərin elanları döyüşlərdə ən azı 317 zabitin öldüyünü göstərir.

Xatırladaq ki, Rusiya Əfqanıstanı işğal edərkən də oxşar hərbi böhranla üzləşmişdi. Belə ki, Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə Sovet lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın sovet əsgəri həyatını itirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »