Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."
Zelenskidən Putinə açıq hədə: "O, nə baş verdiyini başa düşmür..."

“Vladimir Putin başa düşmür ki, Ukrayna güzəştə getməyəcək. Kiyevin müharibədən sonra onunla və yaxud başqa Rusiya prezidenti ilə danışıqlar aparması Putinin istəyindən asılıdır”.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Davosda Ukrayna səhər yeməyində deyib. O, qeyd edib ki, Rusiya Federasiyasının indiki prezidenti nə baş verdiyini tam başa düşmür.

“Mənə elə gəlir ki, o, öz informasiya aləmində yaşayır. O, başa düşmür ki, Ukrayna heç bir güzəştə getmir və getməyəcəyik. Biz öz torpağımızda vuruşuruq. Bu, müharibəyə qarşı müharibə deyil, vətən uğrunda müharibədir. Özümüz üçün, torpağımız, azadlığımız və mütləq gələcəyimiz üçün bir savaşdır”,- deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya Federasiyasında “reallığa çıxmaq” şərti ilə yalnız Putinlə danışıqlar aparmaq olar. "İlk dəfə reallığa çıxanda anlayacaq ki, çox adam ölür, günahsız insanlar ölür. Əgər nəyisə başa düşməyi bacarırsa, o zaman başa düşəcək ki, danışmalı və başladığı müharibəni bitirməlidir... Sonra, yəqin ki, bu indiki hökümətlə bəlkə gec olmasa, cəhd etmək mümkün olacaq”,- prezident bildirib.

Zelenski bildiirb ki, müharibənin bitmə vaxtı Qərbin Ukraynanı gücləndirmək istəyindən asılıdır. Onun sözlərinə görə, müharibə nə zaman bitərsə, sülh prosesi və danışıqlar masası olacaq. "Biz mütləq orada olacağıq. Məsələ Ukraynanın kiminlə danışıqlar aparacağındadır. Söhbət ondan gedir ki, Ukrayna hansı Rusiya prezidenti ilə danışıqlar aparacaq. Bu həm də Rusiyanın hazırkı prezidentinin istəyindən asılıdır",- Zelenski deyib.

Xatırladaq ki, bir müddət əvvəl Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Rusiya qoşunları tamamilə çıxarılmadan atəşkəs mümkün deyil.

Prezident Vladimir Zelenski isə fevralın 24-dəki mövqelərə qayıtmağın Ukrayna üçün qələbə olacağını, sonra danışıqlara ümid etdiyini demişdi.

Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç isə qeyd etmişdi ki, Rusiya Krım və Donbassla bağlı danışıqlar aparmasa, o ərazilər güc yolu ilə işğaldan azad ediləcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »