Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə və İsrail İrana qarşı birləşir: "Bu, Fələstin məsələsindən ayrıdır"
Türkiyə və İsrail İrana qarşı birləşir: "Bu, Fələstin məsələsindən ayrıdır"

İsrailin aparıcı qəzetlərindən biri olan “Haaretz” Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bugünkü səfərinə baxmayaraq, İsrailin prezident Tayyib Ərdoğanla münasibətlərdə ehtiyatlı davranmağa davam etdiyini yazıb.

Bizimyol.info xəbər verir ki, Conatan Lisin imzası ilə yayımlanmış təhlildə Türkiyə və İsrailin Suriya ilə bağlı koordinasiyanı artırmaq istədiyi və İranın Suriyadakı varlığını təhdid kimi qəbul etdiyi bildirilib. Xəbər verilir ki, Çavuşoğlunun səfəri zamanı qeyd olunub ki, bu məsələlərlə yanaşı, iki ölkə arasında enerji əməkdaşlığının da ön plana çıxması gözlənilir.

Digər tərəfdən "Haaretz" İsrailin Türkiyənin yaxınlaşma səylərinə şübhə ilə yanaşdığını yazıb. Yazıda qeyd olunub ki, İsrail hökuməti Çavuşoğlunun səfərini mühüm addım kimi görsə də, İsrailin baş naziri Naftali Bennet səfirlərin qarşılıqlı təyinatını hələ ki, təsdiq etməyib.

İsrailin Türkiyənin Misir və Körfəz ölkələri ilə yaxınlaşma səylərini Ərdoğanın ölkəsini ağır iqtisadi böhrandan xilas etmək üçün atdığı addım kimi gördüyünü yazan "Haaretz" İsraildəki siyasi dairələrin Ərdoğanın mövqeyini dəyişməsi ehtimalını dəyərləndirdiyini bildirib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsrail səfərinin ilk dayanacağında bu gün Qüdsdəki Holokostu Anma Mərkəzini ziyarət edib. Çavuşoğlu fələstinli həmkarı Riyad Əl-Maliki ilə keçirdiyi birgə mətbuat konfransında “İsrail ilə münasibətlərin normallaşması istiqamətində Fələstin Rəhbərliyi ilə koordinasiyaya davam edirik. Fələstin məsələsinə dəstəyimiz İsraillə münasibətlərimizin gedişatından tamamilə ayrıdır”,- deyə o bildirib.

Qeyd edək ki, Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu gün İsrailə səfər edib. Bu səfər 15 ildən sonra Türkiyə XİN rəhbərinin İsrailə ilk rəsmi səfəri olub. Çavuşoğlunun Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşündən sonra İsrailin xarici işlər naziri Yair Lapidlə təkbətək və geniştərkibli görüş keçirəcəyi bildirilir.

Xatırladaq ki, bu yaxınlarda İsrail prezidenti İsak Herzog Türkiyəyə səfər etmiş və prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »