Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qaydalar bizi maraqlandırmırdı, fərqli həyat yaşayırdıq" - İngiltərədə hökumət qalmaqalı
"Qaydalar bizi maraqlandırmırdı, fərqli həyat yaşayırdıq" - İngiltərədə hökumət qalmaqalı

İngiltərədə pandemiya qadağaları zamanı baş nazirin iqamətgahında keçirilən ziyafətlərdə iştirak edənlər baş verənləri BBC-yə danışıblar.

Bizimyol.info xəbər verir ki, BBC-nin Panorama proqramına danışan Baş Nazirlik işçiləri vətəndaşlara tətbiq edilən sərt karantin qaydaları zamanı partiyanın necə bu qədər insanla dolu olduğunu, otağın ortasındakı zibil tullantılarının hansı səbəbdən orada qaldığına aydınlıq gətirməyə çalışıblar.

BBC-yə danışan nazirlik əməkdaşları həmin dövrdə Baş Nazirlikdə hökm sürən paralel həyatdan bəhs ediblər. Onlardan biri deyib: “Qaydalar bizi maraqlandırmırdı, biz öz “balon”umuzda yaşayırdıq. Hər şey sanki normalmış kimi davam edirdi. Sosial məsafə yox idi. Biz maska taxmırdıq. Biz bayırdakından tamamilə fərqli bir həyat yaşayırdıq”.

Baş nazirlik işçiləri bildiriblər ki, bu yığıncaqların ertəsi günü işə gəldikləri zaman binanın hər yerində boş içki şüşələri, ağzına qədər dolu zibil qutuları və masaların üstündə qalıqlar tapıblar. Hətta bəzi şənliklərin çox gec saatlara qədər davam etdiyini və evlərinə gedə bilməyənlərin Baş nazirlik binasında yatdıqlarını bildiriblər.

Baş nazirlik işçilərindən bəzilərinin bu yığıncaqlara qoşularaq məsuliyyətsizliyə yol verənlərə xəbərdarlıq etməyə çalışdıqları, lakin cavab olaraq onların ələ salındığı da bildirilib.

London Metropolitan Polis Xidməti (Met) mayın 20-də içki içən şəxslərlə bağlı araşdırmasını tamamlayıb və səkkiz fərqli tarixdə keçirilən tədbirlər çərçivəsində 83, ümumilikdə isə 126 nəfərə cərimə tətbiq edildiyini açıqlayıb.

Qeyd edək ki, İngiltərədə pandemiya məhdudiyyətləri zamanı baş nazirlikdə keçirilən məclislərlə bağlı müzakirələr davam edərkən, baş nazir Boris Consonun sözügedən tədbirlərin birində çəkilmiş bəzi fotoşəkilləri mətbuata sızıb.

Belə ki, Britaniyanın İTV telekanalı tərəfindən yayımlanan dörd fotoşəkildə Conson "Dauninq-strit"dəki baş nazirin ofisində keçirilən tədbirdə tost deyərkən təsvir edilib. Onun məhdudiyyətlər dövründə məclislərə getdiyini əks etdirən yeni fotoların yayılması Consona qarşı siyasi təzyiqləri artırıb.

İTV yayımlanan fotoşəkillərin 13 noyabr 2020-ci ildə Baş Nazirin Kommunikasiya Direktoru Li Keynin vida mərasimində çəkildiyini bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »