Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada da "karantin cərimələri" silindi: Azərbaycan nə fikirləşir?..
Moskvada da "karantin cərimələri" silindi: Azərbaycan nə fikirləşir?..

Moskva meri Sergey Sobyanin şəhərin icra hakimiyyətlərinin karantin məhdudiyyətlərini pozduqlarına görə təyin edilmiş, lakin ödənilməmiş cərimələrin yığılması üçün fəaliyyəti dayandıracağını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, şəxsi bloqunda yazıb.

"Vətəndaşların real gəlirlərində azalma müşahidə edirik. Ona görə də mən "covid amnistiyası" elan etmək qərarına gəldim. Moskvanın icra hakimiyyətləri koronavirus məhdudiyyətlərini pozduqlarına görə təyin edilmiş, lakin ödənilməmiş cərimələrin toplanması istiqamətində fəaliyyəti dayandıracaqlar", - deyə mer yazıb.

Sobyanin əlavə edib ki, Moskva şəhərinin icra orqanları və tabeliyində olan qurumlar tərəfindən karantib dövründə təcrid rejiminə əməl edilməməsi istisna olmaqla, hər hansı bir covid məhdudiyyətinin pozulmasına görə tətbiq edilən cərimələr amnistiyaya məruz qalır. Ümumilikdə, Moskva icra hakimiyyəti koronavirus məhdudiyyətlərini pozduğuna görə təxminən 13,6 milyard rubl amnistiya altında toplanmağı və ya geri qaytarmağı dayandıracaq.

"Amnistiya 2022-ci il iyunun 1-dən qüvvəyə minir. Subsidiya üçün müraciət formaları qurumun portalında dərc olunacaq", - deyə Sobyanin qeyd edib.

Onun sözlərinə görə, iki il ərzində vətəndaşların əksəriyyəti bu məcburi məhdudiyyətlərə vicdanla əməl edib. Əgər pozuntular olubsa, o zaman cərimə ödəyiblər. "Bunun üçün sahibkarlara və moskvalılara çox təşəkkür edirəm. Səmimi dəstəyiniz olmasaydı, pandemiya ilə mübarizə aparmaq daha çətin olardı. İndi maskalar və sosial məsafə ləğv edildi, lakin səlahiyyətlilər əvvəllər təyin edilmiş cərimələri, o cümlədən məhkəmə yolu ilə toplamaqda davam edirlər", -deyə mer əlavə edib.

Sergey Sobyanin həmçinin bildirib ki, Moskva hökuməti əvvəllər ödənilmiş cərimələri kompensasiya etmək üçün sahibkarlara və vətəndaşlara subsidiyalar ödəniləcək.

Onun sözlərinə görə, subsidiya almaq üçün vətəndaşlar, fərdi sahibkarlar və hüquqi şəxslər inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı və subsidiyaların ödənilməsini təsdiq edən sənədi əlavə edərək 31 dekabr 2022-ci il tarixindən gec olmayaraq “Sənədlərim” mərkəzlərinə müraciət edə bilərlər.

Qadir, Bizimyol.info

P.S. Azərbaycanda da əhalinin sosial vəziyyətini nəzərə alaraq cərimələrin bağışlanması təklif edilsə də, hökumət belə bir qərar qəbul etməkdən imtina edib. Avropa ölkələrində də karantin cərimələri bağışlanıb, baxmayaraq ki, orada əhalinin sosial vəziyyəti daha yaxşıdır.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »