Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Texasda 18 yaşlı gənc 2 müəllimi və 19 şagirdi güllələyib
Texasda 18 yaşlı gənc  2 müəllimi və 19 şagirdi güllələyib

Çərşənbə axşamı Texasda ibtidai məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 21-ə çatəb. Onlardan 19 şagird və ikisi isə  müəllimdir.

Bizimyol.info "dailymai"ə istinadən xəbər verir ki, onlar 18 yaşlı silahlı tərəfindən öldürülüb.

Silahlı şəxs məktəbə daxil olaraq barrikada qurub və Texas hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atıma zamanı Sərhəd Patrul agenti tərəfindən güllələnib.

Qubernator Greg Abbott bildirib ki, silahlı Salvador Ramos - bədən zirehi geyinmiş, tapança və tüfənglə silahlanıb. O məktəbə girmədən əvvəl nənəsini vurub. Nənə vertolyotla xəstəxanaya çatdırılıb və onun vəziyyəti məlum deyil.

Ailəsinin verdiyi məlumata görə, müəllimlərdən biri 44 yaşlı Eva Mirelesdir. İkincisinin adı hələ ki,  açıqlanmayıb.

Abbott bildirib ki, Şimali Dakotada doğulmuş, lakin Uvaldedə yaşayan Ramos Uvalde Liseyində şagird olub. Orta məktəbdə oxuyan dostlarından biri geyiminə və ailəsinin maddi durumuna görə ona sataşdığını deyib.

CNN-dən Ed Lavanderanın verdiyi məlumata görə, Ramosun gənc qurbanlarının yaşları 7-11 arasında olub.

Çərşənbə axşamı gecə onların adları ailə üzvləri tərəfindən təsdiqlənməyə başladı.

Ailə üzvləri 10 yaşlı Xavier Lopez və Makenna Elrod və səkkiz yaşlı Uziyah Garcia-nın öldüyünü təsdiqləyiblər.

Qarsianın ölümünü təsdiqləyən Mitch Renfro "Facebook"da: "Qardaşım oğlu bu gün məktəbdə atışmanın qurbanı oldu. 8 yaşlı uşağı dəlinin biri öldürdü", deyə qeyd edib.

İtkin düşənlər arasında Rogelio Torres və Nevaeh Bravo da var.

Başqa bir dördüncü sinif şagirdi Elijah Cruz Torres çərşənbə axşamı məktəbə getmək istəməyib. Babası "Fox News"a deyib ki, onlar onu məcbur edərək məktəbə göndəriblər. Hazırda onun da barəsində məlumat yoxdur, o itkin sayılır.

10 yaşlı Annabelle Guadalupe Rodriguezin atası da övladının itkin olduğunu bildirib.

"O, dəhşətli və anlaşılmaz şəkildə 14 gagirdi və müəllimi güllələyərək öldürüb", - deyə Abbott mətbuata açıqlamasında bildirib. Daha sonra ölənlərin sayı 19 uşaq oluğu bildirilib.

“Hazırda yas içində olan ailələr var. Texas ştatı da onlarla birlikdə yas içindədir”.

Bu, 2018-ci ildə Florida ştatının Parkland şəhərində 14 orta məktəb şagirdi və üç işçinin öldürülməsindən bəri ən ölümcül hadisədir. Oxşar hadisə 2012-ci ildə Konnektikutda Sandy Hook atışmasından qeydə alınmışdı və həmin insidentdə ibtidai məktəbdə 20 uşaq və 6 işçi həlak olmuşdu.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »