Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İlin sonuna qədər Krıma daxil olmalıyıq”
“İlin sonuna qədər Krıma daxil olmalıyıq”

Müharibədə Ukraynanın böyük uğurlarından danışmaq hələ tezdir. Bir çox şəhərlər itirilib, canlı itki də az deyil. Amma Ukrayna Rusiyanın əsas məqsədə çatmasına imkan verməyib. Son bir ayda hətta müdafiədən hücuma keçməyə də müyəssər olub. İndi Kiyev torpaqların geri qaytarılmasından əminliklə danışa bilir.

Bizimyol.info xəbər verir ki, Ukrayna kəşfiyyatı 2022-ci ilin sonuna qədər Krıma daxil ola biləcəklərinə inanır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiyanın resurslarının uzağı 12 aya yetəcəyini bildirir. İdarə rəisinin fikrincə, il başa çatana qədər hərbi əməliyyatların intensivliyi azalacaq. Kremlin gücü tükəndikcə Ukrayna daha böyük uğurlar əldə edəcək. Bu mənada Budanov Krıma daxil olmağa çox qalmadığını fikirləşir.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri Rusiyanı iki taledən birinin gözlədiyini hesab edir. Birincisi, ölkə hissələrə ayrılır. Buna müəyyən mənada inanmaq olar. Çünki bir çox respublikalarda zamanla müstəqillik çağırışları səslənib. İkincisi, Kremldə siyasi rəhbərlik dəyişə bilər. Bu halda ölkənin ərazi bütövlüyü qorunar. Amma daha hər hansı diktaturadan söhbət gedə bilməz. Rusiya sivil qaydalara hörmət edən ölkəyə çevrilir. Heç bir ölkənin ərazisinə iddia olunmur. Başqa dövlətlərdəki qoşunlar geri qaytarılır.

Budanov ikinci versiyanın çox uzun müddət işləyəcəyinə inanmır. Onun fikrincə, birinci variant daha ağlabatandır. Çünki Rusiyanın indiki ərazisi ələ keçirilən torpaqlar sayəsində formalaşıb. Yəni şimal dövləti əvvəl-axır parçalanmaya məruz qalacaq.

Müharibənin geridə qalan 90 günü ərzində Rusiya ordusunun azı 29350 hərbçisi həyatını itirib. Ukrayna Müdafiə Nazirliyi rəqəmin daha çox ola biləcəyini qeyd edir. Azı 500 rusiyalı hərbçi əsir düşüb. Kreml qoşunlarının 1302 tankı, 606 artilleriya sistemi, 205 təyyarsi, 170 vertolyotu məhv edilib. Rusiyanın 13 gəmisi sulara qərq olub. Moskva rəqəmləri təkzib etməklə məşğuldur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »