Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: “O artıq bizimlə deyil, bizə qarşıdır”
Peskov: “O artıq bizimlə deyil, bizə qarşıdır”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ukraynada keçirdiyi "xüsusi əməliyyat"a görə BMT-dəki rusiyalı diplomat Boris Bondaryovun işdən çıxarılmasına münasibət bildirərək, “o artıq bizimlə deyil, bizə qarşıdır” deyib.

Bizimyol.info xəbər verir ki, Peskov çərşənbə axşamı jurnalistlərə: "Cənab Bondaryov artıq bizimlə deyil, əksinə, indi o, bizə qarşıdır. O, Rusiya rəhbərliyinin hərəkətlərini pisləyən mövqeyə malikdir və bizim ölkə əhalisinin demək olar ki, hamısı tərəfindən dəstəklənən siyasətimizə qarşı çıxıb",- deyib.

Kreml sözçüsü bildirib ki, Bondaryov Rusiyanın ümumi konsolidasiya edilmiş fikrinə qarşı əks mövqe nümayiş etdirib.

O qeyd edib ki, Kreml diplomatın qərarının səbəblərini izah etdiyi açıq məktubu oxumayıb və bu mövzu ilə bağlı əlavə şərhlər üçün Rusiya Xarici İşlər Nazirliyinə yönləndirilib.

Bondaryov işdən çıxarıldığını bir gün əvvəl "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində (Rusiyada qadağandır) elan edib və bu məlumat bir sıra xarici KİV-lərdə dəc olunub. 2002-ci ildən Rusiya Xarici İşlər Nazirliyində işləyib. Diplomat 2019-cu ildən Rusiyanın BMT-də Cenevrədəki nümayəndəliyinin müşaviri vəzifəsini tuturdu.

Qeyd edək ki, Bondaryov yazıb ki, onun müraciəti bəlkə də gecikmiş, lakin şəxsən onun üçün çox vacib bir addımdır.

“İyirmi il işlədiyim müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etməli oldum. Lakin heç vaxt ölkəmdən və öz işimdən bu il fevralın 24-də olduğu qədər utanmamışdım. Putinin Ukrayna ilə, əslində isə bütün Qərb dünyası ilə açdığı aqressiv müharibə təkcə Ukrayna xalqına qarşı deyil, həm də cəsarətli Rusiya xalqına qarşı bəlkə də ən ağır cinayətdir. Onun qərarları ölkəmizdə uğurlu demokratik cəmiyyətin mərhələli şəkildə inkişafına bütün ümidləri qırdı”,- deyə Bondaryov bildirib.

Qeyd edək ki, Peskov Putinin Ukraynaya hücum qərarının bütün xalq tərəfindən dəstəkləndiyini desə də, bunu bilmək mümkün deyil, çünki Rusiyada müharibəyə qarşı çıxış etməyə görə 15 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə bir vəziyyətdə xalqın hansı siyasətin tərəfində olduğunu dəqiqləşdirmək asan deyil.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »