Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"NATO Türkiyəyə problemli uşaq kimi yanaşacaq"
"NATO Türkiyəyə problemli uşaq kimi yanaşacaq"

İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət proseslərinə bu ayın əvvəlində başlayıb.

Bizimyol.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu addıma qarşı olduğunu açıq şəkildə bildirib.

Ankara Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdiyi bir vaxtda NATO-nun genişlənməsini dəstəkləyən alyansın digər üzv dövlətləri ilə eyni addımı atmaq fikirində deyil. Nəhayət, 30 üzvün hamısı Vaşinqtonun rəhbərlik etdiyi qrupa qoşulmaq üçün tarixən neytral olan Şimali Avropa ölkələrinin lehinə yekdilliklə səs verəcəyi gözəlinldiyi bir vaxtda Türkiyə nəzəri olaraq bu genişlənməni əngəlləyə bilər. Görünən odur ki, bu, Ankaranın NATO-nun genişlənməsinə qarşı deyil, sadəcə, bu iki Skandinaviya ölkəsinin Türkiyədə terror fəaliyyəti göstərən PKK və YPG-yə dəstək verməsi ilə bağlı qəbul etdiyi qərardır.

London Metropolitan Universitetinin siyasət və beynəlxalq əlaqələr üzrə dosenti Ahmet Erdi Öztürk Əl-Cəzirə telekanalına: “Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qəbulunu əngəlləmək hüququ var. Bununla belə, belə bu mövqenin Türkiyə üçün baha başa gələcəyi də gözləniləndir. Çünki NATO üzvləri Türkiyəyə problemli uşaq kimi yanaşacaqlar", - deyə bildirib.

“Türkiyənin gələcək mövqeyini proqnozlaşdırmaq çətindir, çünki o, daha çox daxili siyasi proseslərə əsaslanan qərarlar verir. Unutmamalıyıq ki, Ərdoğan bu siyasət dəyişikliklərini növbəti seçkilərdə qalib gəlmək üçün edir”,- deyə Öztürk bildirib.

Türkiyənin İrlandiya, Oman, Avstraliya və Belçikadakı keçmiş səfiri Murat Ersavcı Əl-Cəzirə telekanalına deyib ki, Ankara özlüyündə İsveç və Finlandiyanın üzvlüyünə qarşı deyil, lakin gələcək müttəfiqləri seçməkdə ehtiyatla yanaşmağa üstünlük verir.

Ərdoğan Ankaranın terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasına (PKK) istinad edərək İsveç və Finlandiyanı “terror təşkilatlarına qarşı açıq münasibət”də ittiham edib. Türkiyə həmçinin bildirir ki, iki Skandinaviya ölkəsi Ankaranın istədiyi şübhəliləri ekstradisiya etməkdən imtina edib.

Ankara həm də İsveçin 2019-cu ildə Türkiyəyə silah satışını dondurmaq qərarına qarşı qəzəblidir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »