Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mən Putin kimi uşaqları və qocaları yox, cinayətkarları öldürürəm"
"Mən Putin kimi uşaqları və qocaları yox, cinayətkarları öldürürəm"

"Mən cinayətkarları öldürürəm, uşaqları və qocaları öldürmürəm", - deyən Duterte onu Putin kimi qatil adlandıranlara cavabında bildirib.

Bizimyol.info xəbər verir ki, Filippinin səlahiyyət müddəti başa çatan prezidenti Rodriqo Duterte Rusiya lideri Vladimir Putini Ukraynada günahsız mülki insanları öldürdüyünə görə sərt şəkildə tənqid edib.

Putini tez-tez kumir və dost kimi qələmə verən Duterte Rusiyanın Ukraynaya təcavüzünü də tənqid edərək üç aydır davam edən müharibənin bir çox ölkəni sarsıdan qlobal neft qiymətlərinin artmasına səbəb olduğunu vurğulayıb.

Duterte Rusiya prezidentini qınamadığını vurğulasa da, Putinin işğalı “xüsusi hərbi əməliyyat” adlandırmasına qarşı çıxıb və bunun “suveren xalqa qarşı genişmiqyaslı müharibə” olduğunu bildirib.

Rodriqo Duterte Rodriqo Duterte

Duterte Nazirlər Kabinetinin üzvləri ilə televiziya görüşündə deyib: "Bir çox insanlar deyir ki, Putin və mən hər ikimiz qatilik. Amma mən Putin kimi uşaqları və qocaları öldürməmişəm. Mən cinayətkarları öldürmüşəm".

Putinə “dost” kimi müraciət edən Duterte onları yaşayış məntəqələrini və artilleriyadan atəşə tutmağı dayandırmağa və bombardmana başlamazdan əvvəl günahsız mülki şəxslərin təhlükəsiz təxliyəsinə imkan verməyə çağırıb. Duterte öz çağırışında ölkəsinin neft təchizatının sabitliyi ilə bağlı narahatlığını ifadə edərək: "Hər şeyə nəzarət edirsiniz. Nə olursa olsun, orada iğtişaşları həqiqətən siz başlatdınız, ona görə də qoşunlarınıza möhkəm nəzarət edin. Onlar qəzəblidirlər",- deyib.

O, həmçinin bildirib ki, Ukraynadakı müharibə qlobal qeyri-sabitliyi gücləndirməkdə davam etdiyi üçün ölkəsinin neft təchizatında yarana biləcək çətinlikdən narahatdır.

İnsan haqları qrupları iyunun 30-da qalmaqallı 6 illik səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edən Dutertenin narkotiklərlə mübarizə prosesində uşaqlar da daxil olmaqla günahsız insanların çoxlu sayda qətlinə q'rar verdiyi bildirilib. Duterte səlahiyyət müddəti başa çatdıqdan sonra çoxsaylı məhkəmələrlə üzləşəcəyini gözlədiyini söyləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »