Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
20 ölkənin Ukrayna qərarı Putini qəzəbləndirəcək
20 ölkənin Ukrayna qərarı Putini qəzəbləndirəcək

Ukrayna Müdafiə Təmas Qrupunun ikinci iclası onlayn rejimdə keçirilib. Görüşdən sonra ABŞ -ın müdafiə naziri Lioyd Ostin və ABŞ Baş Qərargah rəisi general Mark Milley birgə mətbuat konfransı keçirib.

Bizimyol.info xəbər verir ki, Austin açıqlamasında bildirib ki, Danimarka Ukraynaya sahillərini müdafiə etməyə kömək edəcək “Harpun” raketləri verməyə razılaşıb, Çexiya isə Ukraynaya əhəmiyyətli dəstək, o cümlədən bu yaxınlarda hücum helikopterləri, tanklar və raket sistemləri hədiyyəsi göndərməyə razılaşıb.

İclasda 20 ölkənin Ukraynaya yeni silah yardımı edəcəklərini açıqladığını qeyd edən Austin, təhlükəsizlik yardım paketləri arasında artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınların olduğunu qeyd edib. Ostin bəyan edib ki, digər ölkələr Ukrayna qüvvələrinə təlim keçmək və hərbi sistemlərini saxlamaq üçün yeni öhdəliklər götürüblər.

Ukrayna Müdafiə Təmas Qrupunun 3-cü iclasının iyunun 15-də Brüsseldə keçiriləcəyini qeyd edən Austin, Ukrayna Müdafiə Təmas Qrupunun 3-cü iclasının iyunun 15-də Brüsseldə üzbəüz keçiriləcəyini bildirib.

"Təbii ki, bu bir NATO hadisəsi olmayacaq, amma biz bu görüşlərin tempinə uyğunlaşmaq istəyirik və mən Avropa səfərimdən istifadə etmək istədim. Əminik ki, sürətimizi artırırıq",- deyə qeyd edib.

Qeyd edək ki, Təmas Qrupunun ikinci toplantısına 47 ölkənin qatıldığını bildirən ABŞ Baş Qərargah rəisi general Milley, ABŞ-ın Avropa Qüvvələr Komandanlığında (EUCOM) yerləşən hava, quru və dəniz əsgərlərinin sayının 78 mindən təxminən 102 minə yüksəldiyini açıqlayıb.

Milley bildirib ki, bu rəqəm Ukraynada müharibə başlamazdan əvvəl EUCOM Komandanlığı tərkibində yerləşdirilmiş ABŞ əsgərlərinin sayında 30 faiz artım deməkdir. ABŞ-ın Aralıq dənizi və Baltikyanı ölkələrindəki hərbi varlığının da artdığını açıqlayan Milley, Baltik və Aralıq dənizində 24 döyüş gəmisi və 15 min dənizçinin olduğunu bildirib.

Milley həmçinin deyib: “Hazırda havada 12 döyüş eskadrilyamız və 2 döyüş aviasiya briqadamız var. Quruda isə 2 korpus, 2 diviziya və 6 briqada döyüş dəstəsimiz var”.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »